AXCP üzvü Paşa Umudov Avropa.info-ya müraciət edib. Partiya üzvü sədrləri Əli Kərimlinin ailə üzvlərinin yaşadığı komfort şəraitin kontekstində cəbhəçilərin istismar edilməsinə üsyan edir. Boyukmillet.com Avopa.info-ya istinadən Paşa Umudovun yazdıqlarını olduğu kimi dərc edir: Uzun illərdir sədaqətlə AXCP ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçilərin Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi …
Read More »Belarus generalı Naxçıvanda xidmət etməsindən danışdı
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Belarus Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Petroviç Lapponu qəbul edib. A. Lappo Bakıda 1990-cı ildə olduğunu qeyd edərək paytaxta budəfəki səfəri zamanı inanılmaz dərəcədə inkişaf gördüyünü deyib. O, sərhədçi olaraq öz xidmətinə Naxçıvanda zastava rəisi kimi başladığını məmnunluqla vurğulayaraq deyib: “Mən Naxçıvanda zastava rəisi vəzifəsində çalışarkən Azərbaycanın əfsanəvi oğlu Heydər Əliyevlə bir neçə dəfə …
Read More »Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar
Xətai rayon NZS qəsəbəsində şəhidlər üçün ayrılan park yerində şəhidin büstü dağıdılıb, əvəzində isə pivəxana açılıb. Maraqlıdır ki, bu əməli şəhidin qardaşı edib. Bununla bağlı məlumatı “Boyukmillet.com”-a şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov verib. Xəyalın sözlərinə görə, atası Rəşid Bağırov 1992-ci ildə Ağdərə döyüşlərində şəhid olub. 1 il sonra şəhid ailəsi Xəyalın böyük əmisi Məhərrəm Bağırov tərəfindən NZS qəsəbəsi, indiki …
Read More »“Ermənistan Qərbin köməyi ilə ikinci hərb nazirliyi yaradır”
Ermənistanın Fövqəladə Hallar Nazirliyi hərbi təyinatlı quruma çevrilir. Ermənistan Müdafiə Nazirliyi daha çox siyasətlə məşğuldur. Ehtimal ki, ona görə bəzi hərbi proseslər Fövqəladə Hallar Nazirliyinə verilir. Fövqəladə hallar naziri David Tonoyan müdafiə nazirinin müavini işləyərkən Qərb dövlətləri və NATO ilə əlaqələri kurasiya edirdi. 2016-cı ilin fevralında Ermənistan ordusunun statik müdafiədən Azərbaycan ordusunu cilovlama konsepsiyasına keçidi NATO-da razılaşdıran da məhz D.Tonoyan …
Read More »“Əli Həsənov və ailəsindən heç kəs bizə başsağlığı verməyib”
Avqustun 3-də Nail Allahverdiyevin idarə etdiyi və ona məxsus olan “Mercedes Gelandewagen” markalı avtomobilin paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətməsi nəticəsində həlak olan piyada Vaqif Əsədovun oğlu Ramiz Əsədov ölkə.az-a müsahibə verib. Müsahibəsində R.Əsədov bir çox maraqlı məqamlara aydınlıq gətirib, sürücü Nail Allahverdiyevə layiqli cəza verilməsini istədiyini dilə gətirib, Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət …
Read More »Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib. Bu barədə APA-ya vəkil Sevdiyar Bayramov məıumat verib. O, müvəkkili ilə görüşmədiyini də deyib. Qeyd edək ki, Xətai rayon Məhkəməsində N. Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Qərardan üç gün müddətində apellyasiya şikayəti verilə bilərdi. Həmin müddət bu gün başa çatır. Xatırladaq ki, N. Allahverdiyev …
Read More »Edvard Nalbandyan prezidentlərin görüşü barədə danışıb
“Hələlik Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü barədə hələlik konkret heç bir məlumat yoxdur”. Bunu jurnalistlərlə söhbəti zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, sentyabrda Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. “Gündəlikdə dəfələrlə qaldırdığımız məsələlərdir: danışıqların davam etdirilməsi üçün atmosferin yaradılması. Velosiped kəşf etməyə dəyməz – indi mövcud olanlar o …
Read More »“Uşaqların hədəfə alınması Ermənistanın dövlət siyasətidir”
Azərbaycan XİN-dən cəbhə xəttindəki son düşmən təxribatları ilə bağlı qəzəbli bəyanat Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edib. Musavat.com-un məlumatına görə, o deyib: “Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində 7 avqustda …
Read More »Kürdəxanı “türmə”sində Əli Həsənovun nəvəsinə otel şəraiti yaradılıb
Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda KİV-ə ətraflı açıqlama vermişdir. Aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və “Mercedes Gelandewagen” markalı tomobilin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib. Adı …
Read More »Deputat mobil operatorları ifşa etdi – “Milyonlar oğurlayırlar”
“Kim kimi harada tutdu, çəkinmədən soyur” Millət vəkili Fazil Mustafa mobil operatorlarla şirkətlər arasında imzalanmış və abunəçilərin soyulmasıyla nəticələnən “müqavilələr” barədə maraqlı və aktual məsələ qaldırıb. Boyukmillet.com xəbər verir ki, deputat Azercell və Bakcell mobil operatorlarının abunəçilərinə hansısa xidmətə qoşulmadıqları təqdirdə belə 4 rəqəmli nömrələrdən sms-lər gəldiyini, həmin mesajların günlük xərcinin isə 59 qəpik olduğunu deyib. F. Mustafa …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
