Şənbə , 27 İyul 2024
Drone Cameras

Erməni hərbçi özünü asdı

Ermənistan ordusunun əsgəri intihar edib.

Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, bu hadisə Şirak rayonunun Açik kəndində baş verib.

Rəsmi qurumlar 14 avqustda baş verən hadisəni yalnız bir gün sonra təsdiqləyib, ictimailəşdiriblər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, əsgərin meyiti dayısının evində asılmış vəziyyətdə aşkarlanıb. Hadisə ilə bağlı başqa məlumat verilmir.  

Qeyd edək ki, Ermənistan ordusunda əsgər ölümləri, güllələnmə, intihar, işgəncə halları geniş yayılıb. Baş verənlərlə əlaqədar ölkədə əsgər analarının aksiyasının ardınca ayrıca əsgər atalarının da etiraz aksiyaları keçirilir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, kəndin icma rəhbəri Karen Nersisyan qeyd edib ki, hadisə dünən saat 19:20 radələrində baş verib. Əsgər asılı vəziyyətdə tapılıb. 18 yaşlı Abas Aloyan milliyyətcə yezididir. O, Hatsik kəndində ailə üzvləri ilə birlikdə yaşayıb. İcma rəhbəri bildirib ki, Abas Sloyan orduya iyulun 26-da çağırılıb.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir