Cümə , 19 Aprel 2024
Drone Cameras

Ab­dul­lah Gül Ər­do­ğa­nın bö­yük önəm ver­di­yi 16 il təd­bi­ri­nə niyə gəl­mə­di?

Tür­ki­yə mət­bua­tı­nın ver­di­yi mə­lu­ma­ta gö­rə, hə­min öl­kə­nin sa­biq pre­zi­den­ti Ab­dul­lah Gül ha­kim Əda­lət və İn­ki­şaf Par­ti­ya­sı­nın 16-cı il­dö­nü­mü ilə bağ­lı dü­zən­lə­nən təd­bir­də iş­ti­rak et­mə­yib. Əs­lin­də, Gü­lün hə­min təd­bir­də iş­ti­rak et­mə­yə­cə­yi­lə bağ­lı in­for­ma­si­ya­lar xey­li əv­vəl Tür­ki­yə mət­bua­tın­da do­la­şır­dı.
6 min nə­fə­rin də­vət olun­du­ğu təd­bir­də bir çox sa­biq döv­lət mə­mur­la­rı da iş­ti­rak edib. An­caq sö­zü­ge­dən par­ti­ya­nın na­mi­zə­di ki­mi uzun il­lər Tür­ki­yə­də rəh­bər post­la­rı tut­muş Ab­dul­lah Gü­lün təd­bir­də iş­ti­rak et­mə­mə­si tə­əc­cüb­lü gö­rün­mə­yə bil­məz. Sa­biq pre­zi­dent AKP-nin təd­bi­rin­də han­sı sə­bəb­lə­rə gö­rə iş­ti­rak et­mə­yib?

Dün­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si ic­ra apa­ra­tı­nın səd­ri Sa­mir Adı­gö­zəl­li­ “Bakı-Xəbər”ə bildirdi ki, bu mə­sə­lə­də qey­ri-adi nə­sə ax­tar­maq la­zım de­yil:

Картинки по запросу samir adıgözəlli

“Ab­dul­lah Güll hə­min par­ti­ya­nın uğur qa­zan­ma­sın­da müs­təs­na xid­mət­lə­ri olan adam­dır. Çox lə­ya­qət­lə hə­min par­ti­ya­nı təm­sil edib. Öl­kə­nin baş na­zi­ri, pre­zi­den­ti olub. Bun­la­rın da ha­mı­sı AKP adı ilə olub. Yə­ni qeyd edi­lən 16 il­lik bay­ram təd­bi­rin­də onun da pa­yı az de­yil. Tür­ki­yə mət­bua­tı­nın özün­də də be­lə fi­kir­lər səs­lə­nir ki, Gü­lün in­cik­li­yi var. Bu­nu da is­tis­na et­mi­rəm. An­caq he­sab edi­rəm ki, ara­da­kı na­ra­zı­lıq o qə­dər də cid­di sə­viy­yə­də de­yil. Biz in­di­yə ki­mi Gü­lün di­lin­dən Ər­do­ğan ha­ki­miy­yə­ti­nə yö­nə­lik sərt tən­qid eşit­mə­dik. Tür­ki­yə­də­ki si­ya­sət­çi­lər açıq fi­kir­li­dir, na­ra­zı­lı­ğı is­tə­di­yi for­ma­da ifa­də edə bi­lər, hət­ta ki­min­sə mü­xa­lif ol­ma­sı prob­le­mə sə­bəb ol­mur. Bəl­kə də Gü­lün təd­bi­rə qa­tı­la bil­mə­mə­sin­də han­sı­sa ki­çik sə­bəb­lər var, səh­hə­ti im­kan ver­mə­yib və ya tə­til­də olub”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir