Çərşənbə axşamı , 15 Sentyabr 2026

Dünya

ATƏT-in Minsk qrupundan münaqişə tərəflərinə ÇAĞIRIŞ

ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) iyulun 4-ü axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində erməni zorakılığının qeydə alınması və dinc sakinlərin həlak olması barədə məlumat əldə edib. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırır: …

Read More »

Türkiyə XİN: Erməni təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir (ÖZƏL)

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın son təxribatını kəskin tənqid edib. Nazirlikdən özəl olaraq Trend-ə bildiriblər ki, Ermənistanın mülki vətəndaşlara qarşı fəaliyyəti qəbuledilməzdir: “Erməni tərəfinin təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan bu fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sistematik olaraq maneçilik törədir”. XİN-dən bildiriblər ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Türkiyə ATƏT-in Minsk …

Read More »

Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi: Qarabağda insan ölümünün qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir

Dağlıq Qarabağ münaqişə zonasında insan ölümlərinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. O bildirib ki, təzyiq diplomatik, siyasi, psixoloji, hətta iqtisadi yolla olmalıdır: “Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qaynar hesab olunmur, amma dondurulmuş münaqişə də deyil. Zorakılıq halları da bunu təsdiq edir. Hərbçilərlə yanaşı, …

Read More »

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəzasız qalmayacaq

Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib. Trend-in məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilərin bu məlumatı həqiqətə uyğun deyil. O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də Azərbaycanın yaşayış məntəqələrini davamlı şəkildə atəşə tutur: “Beynəlxalq təşkilatlar artıq ermənilərin son …

Read More »

“RÜŞVƏTİ BAKIYA RAYON ADAMLARI GƏTİRİB” – Deputatın qızı

“Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi” “Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır”. Bu fikirləri əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə sosial şəbəkədə paylaşıb. Bəstəkar bildirib ki, onun bu məsələdə nə qədər səmimi olduğu mahnılarının ifaçılarının …

Read More »

Naxçıvanda hava hücumundan müdafiə dəstələri ayağa qaldırıldı – Video/Foto

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimləri keçirilir. Boyukmillet.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin …

Read More »

Sabir Rüstəmxanlıdan Saleh Mehmetə ikinci cavab

Sabiq Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının ( VHP ) sədri Sabir Rüstəmxanlıdan Saleh Mehmetə ikinci cavab. Əziz Saleh bəy! Sənin “ölkəmizdə ingilis və rus dillərinə də Azərbaycan türkçəsi ilə yanaşı dövlət dili statusunun verilməsi” təklifinə mənim etirazıma ikinci cavabını da maraqla oxudum. Birinci yazımda dediyim kimi, mən bu təklifi Azərbaycanın milli-mənəvi maraqlarına, dövlətçilik siyasətinə zidd olan, ziyanlı və yolverilməz hesab …

Read More »

“Azərbaycan Nuru Paşaya abidə ucaltmaqla türk dünyasını sevindirəcək”

“Nuru Paşa Azərbaycanın ən önəmli tarixi qəhrəmanlarından biridir. O, 1918-ci ilin 28 mayında quruldan Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının önündə gedib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Ölkə.Az” açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili, Aviasiya Universitetinin rektoru Kürşat Atılgan bildirib. K.Atılgan deyib ki, hər bir millət öz qəhrəmanları ilə yaşayır:  “Bildiyim qədər, Nuru Paşanın mübarizəsi 1932-ci ilədək …

Read More »

Abdullah Gül: “Təəssüf ki, Ermənistanla imzalanan protokollar nəticə vermədi” -VİDEO

Türkiyə Cümhuriyyətinin XI prezidenti Abdullah Gülün APA TV-nin xəbər müdiri Cavid İsmayıla müsahibəsi – Abdullah Gül Türkiyədə hər kəsi qucaqlayan, hər kəsin prezidenti olaraq tarixə keçdi. Ən azı Azərbaycandan belə görünürdü. Bunu necə bacardınız? – Öncə xoş sözlər üçün təşəkkür edirəm. İnşallah, xalq belə düşünür. Azərbaycanlı qardaşlarım da belə düşünür. Təbii ki, prezident demək budur, yəni Türkiyə Cümhuriyyətinin Konstitusiyasında prezident …

Read More »

“Prezidentə minnətdarıq ki, daha geniş məscid inşa etdirir”

Yeni inşa olunan Hacı Cavad məscidinin tikintisi sürətlə aparılır; icma sədri Kənan Əzizov: “Bu məscid cənab prezidentin şəxsi vəsaiti hesabına tikilir” Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda “Hacı Cavad” məscidinin tikintisi davam etdirilir. Musavat.com-un müxbiri Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 1 ünvanında (Azərbaycan “nəşriyyatı”nın yanı) yeni inşa olunacaq “Hacı Cavad” məscidinə baş çəkib, vəziyyətlə maraqlanıb. …

Read More »