Cümə , 17 May 2024

Dünya

Türkiyə Qətərə ordu yeridir? Ərdoğan hərəkətə keçdi

Türkiyənin Qətərdə ordu yerləşdirməsi ilə bağlı beynəlxalq müqavilə ölkə parlamentinə göndərilib. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Qətərdə Türkiyə hərbi bazasının yaradılması və bu ərəb dövləti jandarm qüvvələrinə təlim keçməsini nəzərdə tutan beynəlxalq anlaşmanı Böyük Millət Məclisinə (TBMM) təqdim edib. Məlumata görə, ilkin olaraq, TBMM-nin Məşvərət Şurasında müzakirə olunacaq həmin müqavilələr bəyənilərsə, …

Read More »

“Bunun arxasında arvadı erməni olan məmurlar dayanır”

“Struktur islahatları davam etdiriləcək” BAXCP sədri, deputat Qüdrət Həsənquliyev son müsahibələrindən birində deyib ki, bu gün Azərbaycana ən böyük təhlükə Rusiyadan gəlir. Onun fikrincə, bu təhlükənin qarşısının alınması üçün Azərbaycanda Rusiyanın diktəsi ilə hərəkət edən kim varsa, zərərsizləşdirilməlidir. Deputat qeyd edib ki, onların siyasi və maliyyə imkanları minimuma endirilməlidir ki, bu insanlar ölkədə pozuculuq fəaliyyətinə yol verə bilməsinlər. Kifayət qədər …

Read More »

“Mən bilmirəm, prezident bəzilərini nəyə görə vəzifədə saxlayır…” – Sabir Rüstəmxanlı

Azərbaycanın xalq şairi, tanınmış yazıçı-publisist, 25 il Azərbaycan parlamentinin deputatı olmuş, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlınln Strateq.az-a verdiyi müsahibəsini təqdim edir:    – Sabir bəy, çoxdandır görünmürsünz? İctimai planda, sanki, arxa planakeçmisiniz. Görünməyə ehtiyac duymursunuz?   – Mən öz yaradıcılıq mühitimdə, başçılıq eldiyim siyasi partiyada, Dünya Azərbaycanlıları Konqresində varam və əvvəlki vaxtlardan daha çox görünürəm. Ümumi siyasət meydanında az …

Read More »

Avropa.info-nun 5 yaşı tamam oldu

Bu gün Avropa.info xəbər portalının 5 yaşı tamam olur. Düz beş il bundan əvvəl – 2012-ci ilin iyunun 7-də qızmar bir yay havasında isti xəbərlərlə gəldik oxucuların görüşünə. Bu beş işdə oxucular bizi daha yaxşı tanıdı, biz də oxucularımızla doğmalaşdıq. Nə etdiksə, oxucuların maraqlarına, zövqlərinə uyğun etmək istədik. Nəyi bacardıq, nədə əskiklərimiz qaldısa, bunu da ən yaxşı bilən dəyərli oxucularımızdı. …

Read More »

İran qarışdı – Parlamentə və Xomeyni türbəsinə silahlı hücum

İran İslam Respublikasının Milli Məclisində atışma olub. Bu barədə İranın “Fars” və “Mehr” Xəbər Agentlikləri məlumat yayıb. Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir. İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb. İran parlamentində baş verən atışmada yaralananlardan biri ölüb. APA-nın Tehran müxbiri xəbər verir ki, atışmada yaralanan mühafizəçi dünyasını dəyişib. Parlamentdə …

Read More »

İ. Ağayev: “Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində…”

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri dr. İsmayıl Ağayev uzun müddətdir araşdırmalar nəticəsində Türkiyə arxivindən Azərbaycan üçün əhəmiyyətli sənəd əldə etmişdir. Bu haqqda boyukmillet.com-a açıqlamasında İ. Ağayev bildirib ki: “Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində Osmanlı dövləti ilə Azərbaycan Türk xanlıqları arasındakı münasibətlərə dair maraqlı faktlar yer almaqdadır. 1578-1914-cü illəri əhatə edən arxiv sənədində Azərbaycan …

Read More »

İrandakı hücumları İŞİD üzərinə götürdü

Xəbər verdiyimiz kimi, İranda bu gün iki strateji hücum təşkil olunub. İran Parlamentinə edilən birinci hücumda 7 nəfər öldürülüb, 4 nəfər isə girov götürülüb. İkinci hücum Ayətullah Xomeyninin məzarı qarşısında baş verib. Orada da 4 silahlı təcavüzkar türbənin içinə girməyə çalışıb, 1 nəfər öldürülüb, 5 nəfər yaralanıb.    Xomeyninin məzarında təcavüzkarlardan birinin üzərindəki bomba yüklü jileti partlayıb. Qadın olduğu açıqlanan …

Read More »

“ING Bank” Azərbaycanda iqtisadiyyatın artımını proqnozlaşdırır

“ING Bank” (Niderland) 2018-ci ildə Azərbaycanda iqtisadiyyatın 1,6 faiz həcmində artımını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə bankın yeni hesabatında bildirilir. Hesabata əsasən, 2017-ci ildə isə ölkə iqtisadiyyatı 1 faiz azalacaq. Eyni zamanda, “ING Bank” Azərbaycanda kənd təsərrüfatı və neft sektoru ilə bağlı olmayan sənaye sahələrinin artımını da qeyd edir.

Read More »

Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır

Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, korrupsiya ilə mübarizə Azərbaycanda dövlət siyasətidir: “Azərbaycanda 3 pilləli məhkəmə sistemi mövcuddur. Beynəlxalq təşkilatlar ölkəmizdə görülən …

Read More »

Kamran Əliyev: Hazırda korrupsiya ilə bağlı 112 cinayət işinin istintaqı aparılır

Bu ilin 5 ayı ərzində Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsində korrupsiya faktı ilə bağlı 73 cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün məhkəmələrə göndərilib. Trend-in məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 112 cinayət işinin istintaqı aparılır.

Read More »