Cümə , 27 Fevral 2026

Dünya

İŞİD məsuliyyəti üzərinə götürdü – Mançesterdəki partlayışa görə

İŞİD terror qruplaşması İngiltərənin Mançester şəhərindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Trend-in məlumatına görə, Mançester polisi də hadisəni terror aktı kimi dəyərləndirib. Partlayış konsert zalından kənarda – foyedə baş verib. Qeyd edək ki, bu gecə “Mançester Arena” stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs …

Read More »

Türkiyədəki Azərbaycan diasporu: ÜAK-ın bağlanması qəbulolunmazdır

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin qərarını qınayıblar. Bölgədə Rusiya, Azərbaycan və Türkiyə …

Read More »

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb

Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açdıqdan sonra Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib. Türkiyənin Milli Müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib, ölkəsinin də terrora qarşı …

Read More »

Azərbaycan dünya ölkələrini sülhə, həmrəyliyə çağırır

Bəxtiyar Hacıyev – Trend: Azərbaycanda növbəti möhtəşəm beynəlxalq idman tədbiri – IV İslam Həmrəyliyi Oyunları, idman və dostluq bayramı başa çatdı. Bakı müxtəlif ölkələrin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqə qurmaq şəraiti yaratdı. Düz 15 gün ərzində dünyanın diqqəti Azərbaycana cəmləndi, ölkəmizin belə irimiqyaslı idman yarışını yüksək səviyyədə təşkil etdiyini gördü. Dünyada artıq …

Read More »

UCI “Tour d’Azerbaidjan-2017″dəki təşkilatçılığı yüksək qiymətləndirib

Mayın 3-7-də keçirilmiş 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” veloturunun yüksək təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib. Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib. Bildirilir ki, AzVİF-ə UCI-dan daxil olmuş məktubda qeyd olunur ki, beynəlxalq federasiyanın şosse velosipedi üzrə yarışlarının komissarları “Tour d’Azerbaidjan-2017″yə olduqca yüksək qiymət veriblər. Bütün mərhələlər zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması da …

Read More »

Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanat yayıb

Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bu ölkənin Ədliyyə Nazirliyinə ünvanlanmış bəyanat yayıb. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır ÜAK-la əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə …

Read More »

“Azərsun Holdinq” çay yığımına start verib

“Azərsun Holdinq” tərəfindən yerli fermerlərdən çay qəbulu prosesi davam edir. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Şirkət hər il yerli fermerlərə çay əkinlərinin həyata keçirilməsi üçün müxtəlif maddi, texniki və aqrar yardım ayırıb. “Azərsun Holdinq” tərəfindən həyata keçirilən çay qəbulu bütün bölgəni əhatə edir. Milli markalarımızın dünya bazarlarına çıxarılması, “Made in Azerbaijan” brendinin təbliği və Azərbaycan çayının bütün dünyada tanıdılmasını …

Read More »

Azərbaycan Prezidenti: IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib: “Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş …

Read More »

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli xanım Baş nazir, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş …

Read More »

Prezident İlham Əliyev və xanımı IV İslam Həmrəyliyi Oyunlarının qalibləri, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak ediblər

Mayın 23-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər. Prezident İlham Əliyev görüşdə nitq söyləyib. Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının …

Read More »