Çərşənbə axşamı , 9 Dekabr 2025

Dünya

Qarsda Soltan bəy Paşabəyoğlunun xatirə lövhəsinin açılışı olacaq

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 30 aprel-03 may 2017-ci il tarixlərində “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində İğdır və Qarsda ictimai tədbirlərin təşkili” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində 30 aprel 2017-ci il tarixində Qars şəhərində Azərbaycanın xalq qəhrəmanı, erməni terrorçularına qarşı rəşadətlə mübarizə aparan milli iftixarımız Soltan bəy …

Read More »

“Müasir İpək Yolu” layihəsi ümumtürk mədəni irsinin təbliğində əhəmiyyətlidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qurumun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Müasir İpək Yolu” layihəsi ilə əlaqədar Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə G.Əfəndiyeva fondun məqsədləri, onun türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib. O, Beynəlxalq Türk Mədəniyyəti və …

Read More »

Daimi Nümayəndəlik: ATƏT üzvü olan ölkələrdə islamofob hücumlar və ictimai ritorika narahatlıq doğurur

ATƏT məkanında artan qeyri-tolerant münasibət və müsəlmanlar, xristianlar və digər dinlərin üzvlərinə qarşı ayrıseçkilik cəmiyyətlərimizdə harmoniya və sabitliyə ciddi təhdid mənbəyidir. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin aprelin 27-də Vyanada Daimi Şuranın iclasında oxunan bəyanatında deyilir. Sənəddə bildirilir ki, ATƏT üzvü olan ölkələrdə islamofob hücumlar və ictimai ritorika narahatlıq doğurur: “Azərbaycan bu mənfi hallarla mübarizədə …

Read More »

Türkiyə Ali Seçki Şurası referendumun yekun nəticələrini açıqlayıb

Türkiyə Ali Seçki Şurası aprelin 16-da konstitusiyaya dəyişikliklərin edilməsinə dair keçirilmiş referendumun yekun nəticələrini açıqlayıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Şuranın rəhbəri Sədi Güvən mətbuat konfransında referendumda seçici fəallığının 87,45 faiz olduğunu bildirib. O qeyd edib ki, 25 milyon 157 min 463 seçici (51,41 faiz) dəyişikliklərin lehinə, 23 milyon 779 min 141 seçici (48,59 faiz) isə əleyhinə səs verib.

Read More »

Portuqaliyada Atom Elektrik Stansiyasının tullantıları üçün poliqon tikiləcək

Portuqaliya hökumətinin yaratdığı işçi qrup ölkədəki Almaras AES-in fəaliyyəti nəticəsində əmələ gələn təhlükəli tullantılar üçün müvəqqəti saxlama yerinin tikintisinə icazə verib. Komissiya bu tikintinin məqbul və təhlükəsiz hesab edərək, buna müsbət rəy versə də, ekoloqlar buna etiraz edirlər. Yaradılmış işçi qrupunun rəhbəri Nunu Lacasta isə deyib ki, “yeni müvəqqəti saxlanma məkanı beynəlxalq alımdə qəbul edilmiş təcrübəyə tam uyğundur”.   AZƏRTAC

Read More »

May ayına olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda may ayına olan hava proqnozunu açıqlayıb.Departamentdən “Report”a verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasındaOrta aylıq temperaturun 17-19 dərəcə isti (gecələr …

Read More »

Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib

Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərinin şagirdləri arasında yaz mövsümü ilə əlaqədar aparılan profilaktik müayinələr başa çatıb.Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ümumilikdə 40 min 349 şagird tibbi müayinəyə cəlb olunub.Nazirlikdən bildirilib ki, müayinələri aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.Müayinələrin sonunda 1769 nəfər dispanser qeydiyyatına götürülüb.

Read More »

QHT sədrinin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.“Report”un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, İ.Əliyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 6 aya endilib.Qeyd edək …

Read More »

Bakıda özəl klinikada doğulan körpə iki gün sonra ölüb

Bakıda özəl klinikada doğulan uşaq iki gün sonra ölüb. “Report”un xəbərinə görə, hadisə Səbail rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən “İnternational Medical Center” klinikasında qeydə alınıb. Həmin klinikada Günel Həsənbalayeva doğuş edib. Doğulan qızın atası, G.Həsənbalayevanın həyat yoldaşı Əlihüseyn Həsənbalayevin sözlərinə görə, doğuşdan iki gün sonra ana və körpəsi klinikanın doğum şöbəsinin həkimlərinin istəyi ilə evə göndərilib. Körpə qız evdə ölüb. Ə.Həsənbalayev özəl klinikadan şikayət …

Read More »

Ukrayna Azərbaycan üzərindən İrana yük göndərəcək

Azərbaycan Ukrayna mallarının tranzitlə – Xəzər dənizi vasitəsi ilə İrana göndərməyə razılıq verib. “Report”un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi tərəfindən məlumat verilib.Məlumata görə, bu məsələ Bakıda keçirilən Trans-Xəzər Nəqliyyat və Logistika Sərgisi zamanı müzakirə edilib. Ukrayna nazirliklərini, dəmiryol idarəsini və dəniz limanını təmsil edən işçi qrupu Azərbaycan tərəfi ilə Avropa-Qafqaz-Asiya marşrutu ilə bağlı ilk …

Read More »