“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq. Bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir. AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin …
Read More »Payızda ikinci dalğa gələcək, amma… – Baş infeksionistdən VACİB AÇIQLAMA
Rusiyada koronavirusun payızda yayılacaq ikinci dalğası birinci qədər təsirli olmayacaq. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti, professor Vladimir Çulanov deyib. Ölkə mediasına açıqlama verən professor payızda bütün virus mənşəli xəstəliklərin əvvəlki mövsümlərə nisbətən artdığını, dolayısı ilə koronavirusun da geniş yayıla biləcəyini bildirib: “İnsanların tətildən geri qayıtması hər zaman tənəffüs yolları xəstəliklərinin artmasına yol açar. Lakin koronavirusun ikinci dalğasının ilki qədər güclü …
Read More »Britaniyada COVID-19-a yoluxanların sayı 292 minə çatıb
Böyük Britaniyada son sutka ərzində koronavirusdan 114 nəfər dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, bir gün əvvəl bu göstərici 66 nəfər təşkil edib. İyulun 15-də isə 87 nəfər pandemiyanın qurbanı olub. Məlumata görə, pandemiya ərzində Birləşmiş Krallıqda təhlükəli virusdan 45 mindən çox insan ölüb. Bu günə kimi Britaniyada COVID-19-a …
Read More »Türkiyədə mühüm görüş: Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavinini qəbul etdi
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə nazirinin müavini Ramiz Tahirovla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Ermənistanın Azərbaycan sərhədində törətdiyi hərbi təxribatlar müzakirə olunub. Ermənistanın son hücumlarından danışan Hulusi Akar deyib ki, ermənilər etdiklərinin hesabını mütləq verəcək. Görüşdə Türkiyə Silahlı Qüvvələri Baş qərargahının rəisi Yaşar Güler, Quru qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və …
Read More »Ermənistandan itkilərlə bağlı yeni etiraf: yaralıların sayı 20-yə çatdı
Azərbaycan Ordusunun sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin daha 10 hərbçisi yaralanıb. Məlumatı “newsarmenia.am” agentliyi yayıb. Beləliklə, Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərinin sayı 20-yə çatıb. Onlardan birinin vəziyyəti çox ağır qiymətləndirilir. Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı.
Read More »Türk qardaşlarımızdan birlik mesajları
İşğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycanın Tovuz rayonu istiqamətindən iyulun 12-dən başlayaraq növbəti dəfə təxribatlara əl atdı. Hər zaman ayıq-sayıq olan Silahlı Qüvvələrimizin bölmələri artıq bir neçə gündür ki, düşmənə tutarlı cavablar verərək böyük itkilərlə düşməni geri otuzdurur. İşğalçı Ermənistanın təxribatlarına qarşı mübarizə aparan ölkəmizə isə ilk dəstək yenə də məhz qardaş Türkiyədən gəldi. Qardaş Türkiyənin rəsmiləri açıq-aydın Azərbaycanın yanında olduqlarını …
Read More »Ərdoğan: “Türkiyə Azərbaycana qarşı istənilən hücum qarşısında əsla tərəddüd etməyəcək”
“Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına istənilən hücum qarşısında əsla tərəddüd etməyəcək”. Boyukmillet.com xəbər verir ki, bu sözləri bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib. Prezident qeyd edib ki, baş verənlər Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu, hadisənin hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir: “Məqsəd təxribat xarakterli yanaşma …
Read More »Pakistandan Ermənistana SƏRT BƏYANAT
“Pakistan Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonuna edilən və bir neçə azərbaycanlının itkisi ilə nəticələnən hücumu sərt şəkildə pisləyir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Pakistan tərəfi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləyir. “Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxara biləcək ciddi təhdid törədir”, …
Read More »Ukrayna XİN: Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır
Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edən bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, …
Read More »Ermənistanda ara qarışdı: Ermənilər hökumətdən Tovuzda məhv edilən əsgərlərinin meyitlərinin dəqiq siyahısını tələb edirlər – Video
Məlum olduğu kimi, ötən gün günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar. Boyukmillet.com xəbər verir ki, erməni tərəfi baş verən döyüşlərdə Azərbaycan ordusu tərəfindən öldürülən əsgərlərin dəqiq siyahısını gizlədir. Buna etiraz edən bir qrup erməni hökumətdən meyitlərinin dəqiq siyahısını tələb ediblər. Erməni əsgərlərinin valideynləri İrəvandakı hospitalın qarşısında etiraz aksiyasına …
Read More »