Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avseverlə görüşüb.“Report” xəbər verir ki, görüşdə M.Avsever Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin qorunmasının və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan ordu generalı diqqətə çatdırıb ki, eyni tarixə, kökə, dilə, dinə və ənənələrə …
Read More »Turkustan.info portalı 1 yaşını qeyd edir
Bu gün Turkustan.info xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür. Bununla bağlı Moderator.az-a açıqlama verən sayt rəhbəri Aqil Camal bildirib ki, informasiya daşıyıcılarının indiki bolluğunda qısa zamanda ciddi media resursu kimi tanınmaq üçün gecə-gündüz çalışırlar: “Deyə bilərəm ki, Turkustan.info adının tanıdılması və qəbul edilməsi üçün bir il bizə yetərli oldu. Birincisi ona görə ki, saytımızın adı bizdən əvvəl də tarixən …
Read More »Onlar 165 il yaşayır, 70 yaşında ana olurlar – Hunza Türkləri haqda İNANILMAZ BİLGİLƏR
Pakistan və Hindistanın sərhədində yaşayan Hunza Türkləri Hun Türklərinin davamçılarıdır. Hər birinin müsəlman olduğu Hunza Türkləri orta hesabla 110-120 il ömür sürürlər. 65 yaşlı insanlar hələ yolun yarısını gəlmiş hesab olunur, 100 yaşında ölənlər üçün isə cavan öldü deyilir. Bu Türk xalqının qadınları 65-70 yaşlarında da ana ola bilirlər. Hunza Türklərinin ən maraqlı xüsusiyyəti isə indiyə qədər bir nəfərin …
Read More »“Türkiyədə səfərbərlik elan edirəm” – Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror qruplaşmalarına qarşı xalqı birləşməyə çağırıb.“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Beştəpədə toplantı keçirən ölkə başçısı vətəndaşlara səslənərək, milli səfərbərlik elan etdiyini deyib. O bildirib ki, adını qeyd etdiyi terror qruplaşmaları ilə bağlı hər hansı məlumatı olan şəxslər hüquq-mühafizə orqanlarına xəbər verməlidirlər. Prezident “ Terrorla mübarizə məsələsində bizə irad bildirənlərin özlərinin terrorla üz-üzə qaldıqlarını …
Read More »Metsamor AES-in yaratdığı fəsadlar: uşaqlar şikəst doğulur, bitkilər quruyur və …
Göksel Gülbey: “Ermənistanda yaşayan müxtəlif qrupların da Metsamor AES-in necə zərərli olması mövzusunda etirazları olur” Türkiyənin İqdır şəhərindəki Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin(ASİMDER)sədri Göksel Gülbey Ermənistandakı Metsamor AES-in fəaliyyətinə qarşı aktiv etirazlarını bildirir.G.Gülbey qəzetimizə müsahibəsində “Metsamor” təhlükəsi və buna qarşı gördükləri işlərdən danışıb. -Metsamorun bölgə və dünya üçün hansı təhlükəsi var?-Metsamor AES xüsusilə İqdır şəhərinə sərhəddən 500 metr uzaqlıqdadır. İqdırın …
Read More »Azərbaycan əhalisi bu il 1 mlrd. manatdan çox kredit faizi ödəyib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 40,029 mlrd. manat təşkil edib. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhali gəlirlərinin 79,4%-ni və yaxud 31,783 mlrd. manatını son istehlaka, 9,1%-ni və yaxud 3,643 mlrd. manatını vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 8,9%-ni və yaxud 3,563 mlrd. manatını yığıma, 2,6%-ni və yaxud 1,041 mlrd. manatını isə kreditlər üzrə faizlərin ödənilməsinə …
Read More »Azərbaycanda sərnişin daşımaları artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 202,6 mln. ton yük və 1 746,5 mln. sərnişin daşıyıb. Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,5% azalıb, sərnişin daşınması isə 2% artıb.Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. …
Read More »Azərbaycanın hansı şəhər və rayonlarında mədrəsələrin açılacağı məlum olub – SİYAHI
Azərbaycanın müxtəlif şəhər və rayonlarında 7 yeni mədrəsənin açılması planlaşdırılır.“Report”un əldə etdiyi məlumata görə, həmin dini məktəblər Bakı şəhərində yerləşən “Heydər” və “Bibiheybət” məscidlərinin nəzdində, Nardaran qəsəbəsində, Naxçıvan, Gəncə, Lənkəran şəhərlərində və Quba rayonunda fəaliyyət göstərəcək. Gənclərə yüksək səviyyəli dini təhsil verilməsini nəzərdə tutan mədrəsələrdə təhsil alanlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən həm təqaüd veriləcək, həm də onlar yataqxana və …
Read More »Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb
Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilir.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.İclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.
Read More »Türkiyənin Azərbaycandakı səfirliyində və baş konsulluqlarında xatirə kitabı açılacaq
Türkiyənin Azərbaycandakı səfirliyində dekabrın 11-də İstanbulda törədilən terror aktı ilə əlaqədar xatirə kitabı açılacaq. Türkiyə səfirliyindən “Report”a verilən məlumata görə, xatirə kitabı dekabrın 15-də saat 14:00-dan 18:00-dək, dekabrın 16-da isə saat 10:00-dan 12:00-dək və saat 14:00-dan 18:00-dək açıq olacaq. Xatirə kitabı, həmçinin Türkiyənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında da açılacaq. Xatırladaq ki, İstanbulda “Beşiktaş” futbol klubunun ev oyunlarını keçirdiyi “Vodafone …
Read More »