Cümə , 4 Oktyabr 2024
Drone Cameras

Azərbaycan BƏƏ əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovla bu ölkənin Baş nazirinin müavini, daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyan arasında görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşd səfir Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinə toxunub. O qeyd edib ki, bu əlaqələrin xüsusən də siyasi tərkib hissəsi yüksək səviyyədədir.

BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun 2015-ci ildə Azərbaycana rəsmi səfəri və 01-02 fevral 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri yüksək siyasi əlaqələrin daha da möhkəmlənməsinə müstəsna töhfələr verib. Diplomat SSRİ dövründə yüksək postlarla yanaşı, Azərbaycana rəhbərliyi ərzində əldə etdiyi geniş idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışının daxili hərc-mərcliyə və sabitsizliyə son qoyduğunu özəlliklə qeyd edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkədə hərtərəfli inkişafın dinamik artımını vurğulayan səfir bununla bərabər, mürəkkəb coğrafi məkanda yerləşdiyimizi, ələlxüsus da respublikamızda əsrlər boyu müxtəlif etnosların kompakt yaşadığını əsas tutaraq, ictimai asayışın tamamən təmin olunduğunu, bir-biri ilə harmoniya və sülh içində yaşayan bütün etnosların Konstitusiya çərçivəsində öz hüquq və azadlıqlarından sərbəst şəkildə istifadə etdiklərini vurğulayıb və hüquq-mühafizə orqanlarının cəmiyyətimizdə mümkün neqativ halların əmələ gəlməsinin qarşısının alınması üçün müntəzəm qabaqlayıcı və profilaktik işlər gördüyünü qeyd edib. Eyni zamanda, dövlətimizdə transmilli mütəşəkkil cinayətkarlığın məqsədlərinin üstünün dərhal açıldığı, daxili işlər orqanları tərəfindən əhali arasında maarifləndirmə tədbirlərinin daim aparıldığı xüsusilə qeyd edilib.

Öz növbəsində, Baş nazirin müavini Şeyx Seyf bin Zayed Azərbaycana səfər edəcəyini vəd edib. Baş nazirin müavini Azərbaycanın mürəkkəb regionda yerləşməsinə rəğmən bütün milli azlıqların təhlükəsizliyinin tam təmin olunduğunu yüksək qiymətləndirib. Şeyx Seyf bin Zayed qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm çəkisini qeyd edib və 19-23 fevral 2017-ci ildə Əbu-Dabi şəhərində keçirilməsi nəzərdə tutulan “İDEX 2017” Beynəlxalq Müdafiə Sərgisi və Konfransında öz həmkarı ilə görüşməkdən məmnun olacağını bildirib.

Söhbət əsnasında, eyni zamanda əzəli Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktının aradan qaldırılması ətrafında gedən danışıqlarla bağlı son durum və Ermənistanda gərgin daxili ictimai-siyasi vəziyyət haqqında ətraflı məlumatlar çatdırılıb.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir