Çərşənbə , 23 Aprel 2025

Dünya

Binəqədidə məcburi köçkünlərlə bağlı tədbir keçirilib

Binəqədi rayonunda “Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib. APA-nın xəbərinə görə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, Binəqədi Bakıda məcburi köçkünlərin ən çox məskunlaşdığı rayonlardan biridir. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova qeyd edib ki, hər il 19 noyabrdan başlayaraq 10 dekabra qədər BMT-nin tövsiyəsi ilə belə tədbirlər keçirilir. Ombudsman əlavə edib …

Read More »

Aleksandr Lukaşenko: Prezident İlham Əliyevin rəhbərliyi altında gedən inkişaf prosesi Azərbaycanın nadir təcrübəsidir

Noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, müasir Azərbaycanın banisi olan Ulu Öndərin adını daşıyan “Heydər Əliyev” ordeni ali dövlət mükafatıdır və Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərə …

Read More »

Deputat: Azərbaycan Qarabağ ermənilərinə müraciət etməlidir

Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir. Trend-in məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib. Z.Oruc bildirib ki, doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil: “Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, …

Read More »

Milli Məclisin noyabr ayı üçün sonuncu plenar iclası başlayıb

Milli Məclisin noyabr ayı üçün sonuncu plenar iclası başlayıb.“Report”un xəbərinə görə, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilir.İclasın gündəliyinə 37 məsələ daxildir. Deputatlar Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, o cümlədən “Bədən tərbiyəsi və idman haqqında”, “Dərman vasitələri haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis …

Read More »

SKMF Kürdəmir sahibkarlarından layihə qəbuluna başlayıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gündən Kürdəmir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, Fond noyabrın 24-də Kürdəmir rayonunun Atakişili kəndində işgüzar forum keçirib və sahibkarlardan bəzi istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Məqsədəuyğun hesab edilən sahələr sırasında ixtisaslaşdırılmış …

Read More »

Cəmşid Hənifəyev oğlunun qəza törətməsi barədə məlumatlara münasibət bildirib

“Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobilinin qəzaya uğraması və hadisənin Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevin oğlu tərəfindən törədilməsi barədə xəbər yalandir”. “Report”un xəbərinə görə, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, Nəsimi rayonu Azadlıq prospektində üç ay əvvəl bir hadisə baş …

Read More »

“Bavariya” yarımmüdafiəçisi Frank Riberi ilə müqavilənin müddətini uzadıb

“Bavariya” klubu yarımmüdafiəçisi Frank Riberi ilə müqavilənin müddətini uzadıb. AZƏRTAC xəbər verir ki, bu haqda klubun rəsmi “Twitter” səhifəsi məlumat yayıb. Futbolçu ilə 2017-ci ilin yayında başa çatacaq müqavilənin müddəti daha bir illiyə – 2018-ci ilin yayına qədər uzadılıb. Xatırladaq ki, fransalı futbolçu 2007-ci ildən Münhen klubunda çıxış edir.

Read More »

Sabahın məzənnəsi ən azı 1,7306 AZN/USD olacaq

Noyabrın 29-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7246 məzənnəsi ilə başlayıb və 1,7306 məzənnəsi ilə yekunlaşıb.

Read More »

BANM-in yaradılmasının 5 ili tamam oldu

Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 5 ili tamam oldu. BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2012/2013-cü tədris ilində – BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində …

Read More »

Daşkənddə “Özbəkistan – Azərbaycan uşaqlarının gözü ilə” rəsm və əl işləri sərgisi açılıb

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Özbəkistan – Azərbaycan uşaqlarının gözü ilə” rəsm və əl işləri sərgisi açılıb.Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, rəsmlərdə Azərbaycan uşaqları əsasən Özbəkistanın mədəniyyəti, tarixi, abidələri, ədət və ənənələrinə dair çəkdikləri rəsmlər yer alıb.Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sərginin məqsədinin iki ölkənin yeniyetmə və …

Read More »