Şənbə , 10 Yanvar 2026

Dünya

Türkiyə Qara dənizdə bir trilyon kubmetrdən çox qaz kəşf edib – Sensasiyalı açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 21-də Qara dənizdə qazma fəaliyyəti aparan Fatih gəmisinin Tuna-1 sahəsində 320 milyard kubmetr qaz kəşf etdiyini açıqlamışdı.  Boyukmillet.com xəbər verir ki, Ərdoğanın müjdəsi öncəsi xarici agentliklər tərəfindən 800 milyard kubmetr olaraq ifadə edilən qaz kəşfinin əslində 1 trilyon kubmetrdən çox olduğu irəli sürülüb.  İngilis dilində yayınlanan straturka.com saytının iddiasına görə, əslində Qara dənizində 1 …

Read More »

Ehtiyatda olan azərbaycanlı zabit Türkiyə prezidentinə müraciət etdi

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Emil Həsənli müraciətində bildirib ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə tarixən böyük bağlara malik olub və bu gün də həmin bağlar möhkəmlənərək daha geniş müstəvidə inkişaf etməkdədir:“Qardaş ölkələr bir-birinə hər zaman dəstək nümayiş etdirib, çətin günlərdə həmrəylik göstərib. …

Read More »

RƏSMİ ANKARA İKİ ÖLKƏNİ AÇIQ SAVAŞLA HƏDƏLƏDİ: “Gerçəkdən onlar bizim yumruğumuzu sınamaq istəyir?” – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın xarici siyasət üzrə müşaviri Məsut Hakkı Caşin xeyli təhqiredici və təhdidedici bir bəyanatla çıxış edib. Türkiyə telekanalında çıxışı zamanı o, nəinki Yunanıstanı, həm də Fransanı təhqir edib və Türkiyənin Fransa avidaşıyıcısını Şərqi Aralıq dənizində batıracağı ilə hədələyib. Bu barədə «Orthodox Times» yunan nəşri yazıb. «Yunanıstan Şərqi Aralıq dənizində doğal qaz tapmadı və onun özünün aviadaşıyıcısı …

Read More »

Lukaşenkodan şok müraciət: Bu baş versə, Rusiya çökəcək!

Belarus çöksə, növbədə Rusiya olacaq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, rusiyalı jurnalistlərə müraciət edərək, müəyyən siyasi hadisələr baxımından arxaynlaşmamağa çağırıb: “Bizim Rusiya rəhbərliyi ilə hara gəldiyimizi bilirsinizmi? Əgər Belarus bu gün çöksə, növbədə Rusiya olacaq”. Lukaşenko etirazlarla bağlı yaranmış gərgin situasiyaya xüsusi diqqət çəkib: “Əgər düşünürsünüzsə ki, varlı Rusiya bununla bacaraq, o zaman …

Read More »

Baş Nazirdən ÜST-ə kəskin xəbərdarlıq: “Ağzınızı yumun, sakit dayanın”

Çexiyanın Baş naziri Andrey Babiş Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib. Boyukmillet.com xəbər verir ki, o bu barədə “Twitter”də yazıb. Praqda testlərin aparılması və nəzarətin azaldılması ilə bağlı ÜST-ün Çexiyadakı Nümayəndəliyinin tənqidinə münasibət bildirən Baş nazir Babiş: “ÜST-ün açıqlamasını oxudum. Üz maskalarını taxmağı tövsiyə etməyən də və pandemiya olduğunu bilməyən də elə həmin ÜST idi. Fikrimcə, onlar ağızlarını yumub sakit dayanmalıdırlar. Vəziyyəti …

Read More »

Saakaşvili Gürcüstanın Baş naziri vəzifəsinə rəsmən namizəd oldu: “O, ölkəyə qayıtmalı və xalq görüşməlidir”

Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalq görüşməlidir: “Məhz buna görə həm VMHP, həm də “Güc birlikdədir” birliyində təmsil olunan bütün digər partiyalar …

Read More »

İran sərhədboyu 10 yeni hərbi baza yerləşdirəcək

İran sərhədboyu 10 xüsusi hərbi bazanın yerləşdirilməs ilə bağlı plan açıqlayıb. Bunu İran Quru Qoşunlarının komandanı, briqada generalı Kiomərs Heydəri jurnalistlərə bildirib. Onun sözlərinə görə, ölkənin qərb, cənub-qərb, şimal-şərq və şərq istiqamətlərindəki sərhədləri boyu quru qoşunlarının xüsusi taktiki xarakterli hərbi baza yerləşdirilməsi tələb olunur. Komandan bildirib ki, onlardan biri artıq açılıb, daha 9-u tədricən tikiləcək. 

Read More »

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib – YENİLƏNİB

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilmişdir. Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləmişlər. Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik …

Read More »

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar Elazığda müşahidə edilib. Sivrice rayonunda baş verən zəlzələnin gücü 3,7 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat yoxdur.

Read More »

Azay Quliyev Ermənistanın cəzalandırılmamasını ATƏT PA -nın Büro iclasında tənqid etdi – FOTO

Bu gün ATƏT Parlament Assambleyası (ATƏT PA) rəhbərliyinin (Büro) qeyri-formal onlayn görüşü keçirilib. Görüş çərçivəsində ATƏT PA-nın fəaliyyətinin bir sıra istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Boyukmillet.com xəbər verir ki, onlayn görüşdə ATƏT PA-nın prezidenti Georgi Tseretelinin ATƏT regionunda baş verən hadisələrlə bağlı hesabatı dinlənilib. Qurumun Baş katibi Roberto Montella isə ATƏT strukturlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına ATƏT PA-nın verə biləcəyi töhfələr və …

Read More »