Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Rufiz Qonaqov: Böyük zəfərin ilk günü

“Bu gün sentyabrın 27-də səhər saatlarından işğalçı və terrorçu Ermənistan bütün cəbhə boyu yeni təxribatlara əl ataraq, dinc əhalimizi və mövqelərimizi atəşə məruz qoymuşdur. Nəticədə dinc insanlar, Ordumuz içərisində yaralanan və şəhid olanlar olmuş, dağıntılar baş vermişdir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rifiz  Qonaqov deyib. 

R.Qonaqov bildirib ki, düşmənin növbəti təxribatlarına cavab olaraq, Ali baş Komandan, Prezident, cənab  İlham Əliyevin əmri ilə Milli Ordumuz əks hücuma keçmiş, terrorçu və işğalçı Ermənistan silahlı birləşmələrini ciddi itkilərə məruz qoyaraq,  ərazilərimizi işğaldan təmizləməyə başlamışdır: “Bu gün baş verən təxribatlar bir daha sübut etdi ki, Ermənistan işğalçı və terrorçudur. Azərbaycan antiterror əməliyyatları keçirərək öz ərazisini düşməndən müdafiə və və azad edir.
Beləliklə də, şanlı Ordumuz bütün cəbhəboyu irəliləməkdədir. Bu möhtəşəm qələbə xəbərləri hər birimizi sevindirir və inanırıq ki, tezliklə biz bütün Qarabağmızı və işğal edilmiş ərazilərimizi geri alacayıq. Biz bu gün böyük zəfərin ilk gününü yaşayırıq.”

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …