Cümə axşamı , 26 Fevral 2026

Dünya

Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzalayıb

Bu gün Aşqabadda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın sahəvi qurumlarının rəhbərləri “Xəzər dənizində naviqasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Protokol imzalayıb. APA-nın “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, sənəd Xəzərdə mütəşəkkil cinayətkarlıq, terrorizm, qanunsuz silah və narkotik vasitə dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı birgə mübarizə üçün hüquqi zəmin yaradır. Eyni zamanda protokolda Xəzərdə dəniz gəmiçiliyinin təhlükəsizliyinin qorunmasına, …

Read More »

Gürcüstanın yeni hökuməti fəaliyyətə başlayıb

Gürcüstan Nazirlər Kabinetinin yenidən formalaşdırılması başa çatıb. “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, baş nazir Georgi Kvirikaşvili yeni hökumətin fəaliyyətə başlaması ilə bağlı sərancam imzalayıb. İnformasiyaya görə, yenilənən hökumət noyabrın 28-dən vəzifəsinin icrasına başlayıb. Məlumata görə, noyabrın 26-da ölkə parlamentinin 150 deputatından 110-u yeni hökumətin lehinə səs verib, 19 deputat isə əleyhinə olub. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin müxalifətdə olan “Milli Birlik Hərəkatı” Nazirlər Kabinetinin yeni üzvlərini dəstəkləməyib. …

Read More »

Avropa Parlamentinə prezident seçkisinin tarixi məlum olub

Avropa Parlamenti prezidenti vəzifəsinə yeni seçki 2017-ci il yanvarın 17-də keçiriləcək. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Parlamentindən bildirilib. Məlumata görə, Avroparlamentin hazırkı prezidenti Martin Şults noyabrın 24-də istefa verəcəyini və Almaniyada parlament seçiklərinə qatılacağını bildirmişdi. Onun Almaniya Sosial-Demokrat Partiyasının seçki siyahısında birinci olacağı vurğulanıb. Xəbərdə bildirilib ki, cari ilin dekabrında Avropa Parlamentinin prezidentliyinə namizədlərin irəli sürülməsi başa çatacaq. Hazırda …

Read More »

Ağdamda partlamış “Qrad” raketinin qalıqları aşkarlanıb

Ağdamda partlamış “Qrad” raketinin qalıqları aşkar edilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata əsasən, Ağdam rayonunun Mərzili kəndində torpaq sahəsində 1 ədəd partlamış “Qrad” raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb. ANAMA tərəfindən 3 min kv.m ərazi yoxlanılıb. Ümumilikdə Agentlik aprelin 7-dən noyabrın 28-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, …

Read More »

Sabah Bakıda havanın hərarəti 14 dərəcəyədək yüksələcək

Azərbaycanda noyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-14° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidentini qəbul edib [YENİLƏNİB]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib. AZƏRTAC xəbər verir ki, CISCO şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğuladı və Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO …

Read More »

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini razılıqla qeyd edən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın …

Read More »

YUNİSEF: Yəmən əhalisinin yarıdan çoxu aclıqdan əziyyət çəkir

İranın dəstəklədiyi husi qiyamçıları ilə Səudiyyə Ərəbistanın başçılq etdiyi beynəlxalq koalisiyanın döyüşdüyü Yəməndə 14 milyon dinc sakin aclıqdan əziyyət çəkir. “Report” “Al-Jazeere”yə istinadən xəbər verir ki, bunu YUNİSEF-in Yəməndəki nümayəndəsi Məhəmməd Əsədi bildirib. Onun sözlərinə görə, ölkədə 1,5 milyon uşaq yetərincə bəslənmir: “Onların 3-də biri aclıqdan əziyyət çəkir. Yəmənin Hudey bölgəsində yüz minə yaxın uşaq normal səviyyədə qidalanmadığı üçün ölümcül vəziyyətdədir”. …

Read More »

“Azərbaycanın İntellektual BİRincisi” layihəsinə start verilib

Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və “İrəli” İctimai Birliyi tərəfindən “Azərbaycanın İntellektual BİRincisi” layihəsinə start verilib. Trend-in məlumatına görə, Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının gənc intellektuallarının iştirakı ilə “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin İsmayıllı turniri və Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Sabirabad rayonlarının gənc intellektuallarının iştirakı ilə Sabirabad turniri keçirilib. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin …

Read More »

Qubada avtomobil piayadanı vuraraq öldürüb

Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun rayonun Pivahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, rayon sakini 1964-cü il təvəllüdlü İlham Nəcim oğlu İdrisov yolu keçmək istəyərkən sürücüsü hələlik məlum olmayan “Audi”  markalı avtomobil tərəfindən vurulub. Nəticədə İ.İdrisov ağır bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə Quba Rayon …

Read More »