Çərşənbə , 15 Yanvar 2025

Dünya

Rusiyalı politoloq Qarabağ danışıqlarında fasilənin yaranmasının səbəblərini açıqlayıb

“Çox intensiv danışıqlar gedirdi. Ümidimiz var idi ki, Kazan formulu əsasında yayda və ya payızda razılaşma əldə edə bilərik, ilin sonunda isə məcburi köçkünlər doğma evlərinə qayıda bilər. Lakin alınmadı”. APA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.    “Fikrimcə, bunun əsas səbəbi odur ki, Ermənistan rəhbərliyi özündən əmin deyil və qorxur ki, güzəştə görə onu devirərlər. …

Read More »

Azərbaycan və Fransa şərabçılıq sahəsində birgə müəssisələrin yaradılmasını müzakirə edib

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Fransanın Regional kənd təsərrüfatı müşaviri Nikola Perrənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Trend-in nazirlitin saytına istinadən verdiyi məlumata görə, görüşün əsas məqsədi Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində müzakirələrin aparılmasından ibarət olub. Nazir müavini İ.Quliyev Fransa ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni hüquqi müstəvidə inkişaf …

Read More »

“Ölülər” Akademik Milli Dram Teatrın səhnəsidə

Oktyabrın 7-də və 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq Artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir. Səhnə əsərində görkəmli bəstəkar, …

Read More »

Dərbəndin Azərbaycan multikulturalizmindəki yeri

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi müxtəlif layihələri reallaşdırmaq imkanını yaradıb, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək, Azərbaycan tarixinin yaddaş tarixini qorumaq üçün şərait yaradıb. 4-6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Kultura+ internet kanalının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasını …

Read More »

Nobel Sülh mükafatı prezidentə verildi

Nobel Sülh mükafatı Kolumbiya prezidentinə verilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 2016-cı il Nobel Sülh mükafatı Xuan Manuel Santosa verilib. Prezident bu mükafatı 50 ildən çox davam edən vətəndaş müharibəsinin başa çatmasına verdiyi töhfəyə görə alıb. Xatırladaq ki, Kolumbiyada 1964-cü ildə başlayan vətəndaş müharibəsinin qurbanlarının sayı 220 min nəfər olub.

Read More »

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı. Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış etdilər. Azərbaycan …

Read More »

Brüssel parlamentində Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb

Belçikada səfərdə olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov Brüssel-Paytaxt Regionu parlamentinin rəhbərliyi ilə görüş keçirib və onlar üçün verilmiş işçi naharda iştirak ediblər. Azərbaycanın Belçikadakı səfirliyindən verilən məlumata görə, aparılmış müzakirələr çərçivəsində icma üzvləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, həmin ərazilərdən qovulmuş azərbaycanlıların pozulmuş hüquqları barədə qarşı tərəfə …

Read More »

“Səyyar ASAN xidmət” Salyan və Qobuda vətəndaşlara xidmət göstərəcək

“Səyyar ASAN xidmət” oktyabrın 7-21-də Salyan şəhərində və Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bu barədə “Report”a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.  Məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat …

Read More »

Washington Times: Roma Papasının Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır

Roma Papası Fransiskin müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Washington Times” nəşrində dərc edilən məqaləsində deyilir. Məqalədə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev səfərin vacibliyini qeyd edərək onu tarixi adlandırıb və ölkənin aşkarlıq və tolerantlığın qədim ənənələrinin qorunmasına sadiqliyini təsdiq edib. Bu fikir Fransisk tərəfindən dəstəklənib. …

Read More »

Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda, dövlət başçısı Rusiyada keçirilən parlament seçkilərində “Единая Россия” partiyasının əldə etdiyi böyük qələbə münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, bununla …

Read More »