Cümə axşamı , 26 Fevral 2026

Dünya

Şəmkir sakini döyüldükdən bir gün sonra ölüb

Şəmkir sakini döyülərək öldürülüb.  Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlığı nəticəsində yıxılmasını bildirib və ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. O, sentyabrın 26-da evində ölüb.  Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda …

Read More »

Növbəti açıq hərracda 16 dövlət obyekti özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti açıq hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, hərracda 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir. Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektlərinin 4-ü Bakıda, 9-u …

Read More »

Ermənistan parlamenti hökumətin yeni strukturu barədə qanunu qəbul edib

Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan hökumətinin strukturu haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, düzəlişlərə əsasən bəzi nazirlik və qurumlar ciddi struktur dəyişikliklərinə məruz qalacaq. Belə ki, 4 nazirlik yenidən təşkil olunacaq.

Read More »

Neftin qiyməti 20 dollardan aşağı düşə bilər

Neftin qiyməti 20 dollardan aşağı düşə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Venesuelanın neft və dağ mədəni sənayesi naziri Euloxio del Pino deyib. Onun sözlərinə görə, əgər neft hasil edən ölkələr Əlcəzairdə keçiriləcək görüşdə bazarın sabitləşdirilməsi üzrə hər hansı razılığa gəlməzlərsə, bu baş verəcək. Əlcəzairdəki görüş sentyabrın 26-28-da keçiriləcək.

Read More »

ABŞ-da Hillari Klinton və Donald Tramp arasında ilk teledebat keçirilib

Birləşmiş Ştatlarda Demokratik və Respublika partiyalarından prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp arasında ilk teledebat keçirilib. Teledebat Nyu-York ştatının Hempsted qəsəbəsində yerləşən Hofstra Universitetində baş tutub. Namizədlər ölkənin sosiali-iqtisadi problemlərini müzakirə edib və beynəlxalq münasibətlərə, təhlükəsizlik məsələlərinə, həmçinin ABŞ-ın xarici siyasətinə xüsusi diqqət yetiriblər. Klintonu Şimali Amerika azad ticarət zonası layihəsinin reallaşdırılmasında ittiham edən Tramp qəbuledilməz olan “Kanada, ABŞ, …

Read More »

Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Bu barədə Reuters agentliyi yerli polis orqanlarına istinadla məlumat yayıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə Bağdadın şərqindəki əl-Djadida rayonunda baş verib. Hazırda bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri partlayışın məsuliyyətini öz üzərinə götürməyib. İraqın Al Sumaria telekanalı, həmçinin …

Read More »

Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi yolları müzakirə olunacaq

Sentyabrın 29-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi yolları müzakirə olunacaq. İSİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə tütünlə mübarizəyə dair qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupunun (TMQ) yaradılması nəzərdə tutulub. TMQ tütünlə mübarizə haqqında Dünya Səhiyyə Təşkilatının (DST) Çərçivə Konvensiyasına dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün …

Read More »

Özbəkistanin “İstoriya Turana” jurnalında Azərbaycanla bağlı məqalələr dərc edilib

Özbəkistanın “Turan” Akademiyasının “İstoriya Turana” jurnalında Azərbaycanla bağlı məqalələr dərc edilib. Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru, Turan Akademiyasının akademiki, soydaşımız Səxavət Ociyevin “Bakıda keçirilən birinci Türkoloji Qurultayda Özbəkistan nümayəndələri haqqında” adlı məqaləsində bildirilir ki, 1926-cı il fevralın 26-da Bakıda keçirilən qurultayda Özbəkistandan 13 alim iştirak edib. Sonra müəllif onların bu sahədəki həyat və fəaliyyəti haqqında danışır, alimlərin əsərləri …

Read More »

“Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev narkotiklə tutuldu

Dünən, sentyabrın 26-da Moskvadakı “Naş dvor” restoranında “Tolik Noqinski” ləqəbli azərbaycanlı “vor zakon” Taleh Dağlıyev həbs olunub. Virtualaz.org bildirir ki, Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında “spays” kimi tanınan narkotik tapılıb. Narkotik maddənin şəxsi istifadə miqdarından artıq olduğu bildirilir və bu maddə ilə Toliki 3 ildən 10 ilə qədər həbs …

Read More »