Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Əsl müharibə indi başlayır: ABŞ-dan Rusiyaya TƏHDİD

ABŞ prezidenti Barak Obamanın administrasiyasında Suriya hökumət qoşunlarının Rusiyanın dəstəyi ilə Hələbə hücumuna cavab olaraq daha sərt tədbirlər barədə müzakirələr başlayıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda amerikalı iki məmur bildirib.

Hesab edilir ki, regionun ən əhəmiyyətli şəhərinin hökumət güclərinin nəzarətinə keçməsi Suriya prezidenti Bəsədin Əsədin hakimiyyətinin bərpası anlamına gələcək və müxalifətə dağıdıcı zərbə vuracaq. Vəzifəli şəxslərdən birinin sözlərinə görə, Vaşinqton daha əvvəl dövlət katibi Con Kerrinin xəbərdarlıqlarına uyğun olaraq Suriya problemi üzrə Rusiya ilə dialoqu kəsə bilər.

ABŞ-ın atacağı sərt addımlara gəlincə, bura xüsusi halda Fars körfəzindəki müttəfiqlərə Suriya müxalifətinə daha müasir silahları çatdırmağa icazənin verilməsi aiddir. Eyni zamanda, hökumət qoşunlarına avizərbələr Rusiya hərbçiləri arasında itkilərin təhlükəsinə görə daha az ehtimal edilir.

Bundan başqa, müxalifət qruplaşmalarına hərbi təlimin keçirilməsi, həmçinin Aralıq dənizinin şərq hissəsində hərbi dəniz və hərbi hava güclərinin genişləndirilməsi, ABŞ xüsusi əməliyyat güclərinin əlavə kontingentinin göndərilməsi Vaşinqtonun ata biləcəyi sərt addımlar arasındadır.

Xarici siyasət üzrə ekspertlər qeyd edirlər ki, Obama Suriya ordusunu bombardman etməməklə səhvə yol verib. Ekspertlər 2013-cü il avqustun 21-də Suriya rejiminin kimyəvi silah tətbiq edərək “qırmızı xətt”i keçməsini xatırladır.

Məmurlardan biri qeyd edib ki, daşınabilən zenit-raket komplekslərinin müxalifət güclərinə çatdırılması riskli görünür. Onların terror təşkilatlarının əlinə keçə biləcəyi deyilir.

Qeyd edilir ki, müzakirələr indiki halda administrasiyanın əməkdaşları səviyyəsində aparılır və hələ prezident tərəfindən qərarın qəbul olunması üçün son tövsiyələr hazırlanmayıb.

Xatırladaq ki, dünən Kerri Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbətində Vaşinqtonun Moskva ilə Suriya üzrə əməkdaşlığı dayandıra biləcəyini deyib. O, Suriya qoşunlarının Hələbə hücumlarını dayandırması üçün Rusiyadan Əsədi sıxışdırmağı tələb edib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir