“ADEX 2016” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Silk Way Helicopter Services” (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın vertolyot holdinqi “Vertolyoti Rossii” niyyət sazişi imzalayıb. “Silk Way Helicopter Services” şirkətinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sənədi “Silk Way Helicopter Services” şirkətinin baş direktoru Azər Sultanov və “Vertolyoti Rossii” SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıb. Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o …
Read More »AŞPA missiyası Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırıb
“Təəssüf edirik ki, Azərbaycan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı rəy alınması üçün Venesiya Komissiyasına müraciət etməyib”. APA-nın məlumatına görə, bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib. O, nümayəndə heyətinin AŞPA bürosunun Venesiya Komissiyasına rəy üçün müraciət etməsini alqışladığını bildirib: “Biz Azərbaycan hökumətini Konstitusiya dəyişiklikləri ilə bağlı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq”. …
Read More »Sumqayıt Dənizkənarı Bulvarının açılışı olub
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb. Bulvarda Bayraq meydanı inşa olunub. Azərbaycan Respublikasının …
Read More »Referendumun yekun nəticələri açıqlanıb
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrinin də hamısında səsvermə prosesi başa çatıb. Beləliklə, 5627 seçki məntəqəsinin hamısı hesabat verib. Səsvermənin …
Read More »“Azərbaycanın müstəqillik salnaməsi” layihəsinin təqdimat mərasimi keçirilib
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın müstəqillik salnaməsi” mövzusunda Belarusiyada ictimai tədbirlərin təşkili layihəsinin təqdimat mərasimi keçirilib
Read More »Bakının işğaldan azad olunmasının 98-ci ildönümü qeyd olunub
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin QTV-yə müsahibəsi
Savalan Mirzəyevin Qərb Televiziyasına müsahibəsi
120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatından Ermənistana zərbə
Xəbər verdiyimiz kimi, sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII Sammiti keçirilib. AZƏRTAC xəbər verir ki, Sammitin yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də yer alıb. Yekun sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan-Azərbaycan …
Read More »Rusiyada üç Azərbaycan vətəndaşı güllələnib
Rusiyada üç Azərbaycan vətəndaşı güllələnib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar