Cümə axşamı , 26 Fevral 2026

Dünya

Referendumla bağlı təşkil ediləcək “exit-poll” öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticələri açıqlanıb

ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” sorğusu öncəsi sosioloji araşdırma aparıb. APA-nın məlumatına görə, sosioloji sorğunun keçirilməsində əsas məqsəd referendum ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, referendumla bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1000 respondent …

Read More »

Dini ekstremizm əleyhinə əməliyyatlara əngəl olanlar cəzalandırılacaq

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar-əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 517-1 maddəsinin əlavə edilməsi təklif edilir. Yeni maddəyə …

Read More »

ANS-in müdafiəsinə yeni vəkil qoşulub, məhkəmə təxirə salınıb

Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və iclas qeyri-müəyyən vaxtadək təxirə salınıb Qeyd edək ki, …

Read More »