Şənbə , 10 Yanvar 2026

Dünya

Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdi

Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib. M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş. Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi. …

Read More »

Bu avropa ölkəsi bütün kasıblara 65 yaşına qədər hər ay pul verəcək

İspaniya hökuməti kasıb vətəndaşlarına və ölkədə yaşayış hüququ olan əcnəbilərə ömürlük ödəmə proqramı hazırlayıb. Avropa ölkəsi imkansızlara 65 yaşına qədər pul verəcək. Boyukmillet.com xəbər verir ki, hər şəxsə ayda minimum 462 avro verilməsi nəzərdə tutulub. Ailənin üzvlərinin hər birinə görə daha 139 avro əlavə olunacaq. Ümumilikdə ailəyə verilən pul 1015 avronu keçməməlidir. İspaniya hökuməti hər il ödəmələr üçün 3 milyard avro …

Read More »

Türkiyə ordusunun əsgəri şəhid olub

Boyukmillet.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin İraqın şimalında keçirdiyi “Pençe–Kartal” (Qartal pəncəsi) əməliyyatı çərçivəsində baş verən atışma zamanı 1 türk əsgəri şəhid olub. Qeyd edilir ki, əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri artıq bir neçə həftədir İraqda “Pençe–Kartal” (Qartal pəncəsi) əməliyyatı keçirir.

Read More »

ABŞ PKK-ya 21 milyon dollar ayırdı – Şok iddia

ABŞ YPG/PKK terror təşkilatına 21 milyon dollar maddi yardım ayırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ terror təşkilatının Bəşər Əsəd rejiminə tətbiq etdiyi sanksiyalardan zərər görməməsi üçün bu addımı atıb. Qanunun qüvvəyə minməsindən bir gün sonra maliyyə dəstəyi alan YPG/PKK işğal altındakı bölgələrdə ödədiyi maaşları 150 faiz artırıb. İddia edilir ki, ABŞ rəsmiləri yardımın …

Read More »

Tükiyədə 5,4 bal gücündə zəlzələ olub

Türkiyənin Van əyalətinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi açıqlama yayıb. Bildirilib ki, zəlzələnin ocağı 6,9 km dərinlikdə yerləşib. Van valisi Mehmet Emin Bilmez bildirib ki, zəlzələnin mərkəzi olan Özalpda dağıntı yoxdur: “Bir neçə kənddə evlərə ziyan dəydiyi ehtimal edilir. Hər halda hazırda bunu təsdiqləyə bilmərik”.

Read More »

Gürcüstanda koronavirusun daxili yayılması dayanıb

“Gürcüstanda son sutkada qeydə alınan koronavirusa 3 yeni yoluxma halı idxal olunub”. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib. Onun sözlərinə görə, bu, Gürcüstan daxilində infeksiyanın yayılmamasının göstəricisidir: “Bu gün istifadə etdiyimiz tədbirlər epidemioloji vəziyyətə effektiv nəzarətə imkan verir”.

Read More »

Meksikada güclü zəlzələ baş verib

Meksikada 7,3 maqnitudalı zəlzələ baş verib. Bildirilib ki, zəlzələ ocağı 12 km dərinlikdə yerləşib. Zəlzələnin episentri isə təxminən 260 min insanın yaşadığı Oaxaka de Xuares şəhərindən (Oaxaka ştatı) 131 km cənub-şərqdə yerləşib. “Reuters” xəbər verir ki, yeraltı təkanlar paytaxt Mexiko şəhərində də hiss olunub.

Read More »

Türkiyə qapılarını turistlərə açdı – YENİ ŞƏRTLƏRLƏ

Türkiyə artıq bəzi ölkələrdən gələn turistlərə ölkəyə daxil olmaq üçün icazə verib. Türkiyə mediası artıq bəzi ölkələrdən turistlərin ölkəyə daxil olduğu, eləcə də hotellər və əyləncə mərkəzlərinin tədricən açıldığı barədə məlumat yayır.Türkiyə hökumətinin məlumatına görə, artıq 400 otelə koronavirusdan təmiz olması ilə bağlı lisenziya verilib və digər 1600 otelə də yaxın günlərdə lisenziya təqdim ediləcək. Bundan sonra onlar da turist …

Read More »

Baltikyani ölkələr birlikdə donamma modernləşdirir

Boyukmillet.com xəbər verir ki, Estoniya, Litva və Latviya hərbi donanmalarını birlikdə modernləşdirmək qərarına gəldilər. Böyük bir sifarişin hazırlanması və büdcənin ucuz başa gəlməsi üçün ölkələr qüvvələrini birləşdirmək istəyirlər. Estoniyya Donammasının rəhbəri Juri Saska bildirib ki, komanda hazırkı ehtiyaclarına görə donammanın tərkibini dəyişdirilməsi barədə düşünəcək. Ayna Fərhad

Read More »

Yunanıstan Türkiyəyə təslim olur

“Əgər müharibədə Yunanıstan Türkiyəyə təslim olarsa, Türkiyə İrandan daha təhlükəli ölkəyə çevrilə bilər və bunun nəticəsində İsrail çox böyük bir acı çəkər”.Boyukmillet.com xəbər verir ki, belə bir açıqlamanı Yunanıstan Baş nazirinin göməkçisi və milli təhlükəsizlik müşaviri Alexandros Diakopoulos İsrailin “24 Nevs” telekanalına verib. Diakopoulos əlavə edib ki, Yaxın Şərq, Şimali Afrika və Şərqi Aralıq dənizini nəzarətdə saxlayacağı təqdirdə Türkiyənin iradəsi …

Read More »