Şənbə , 10 Yanvar 2026

Energetika

Avropa çempionatında 9 medal qazanan Azərbaycanın cüdoçuları Vətənə qayıdıblar

22-25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdoçularımız Vətənə qayıdıblar. Boyukmillet.com xəbər verir ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər qarşılayıb. Avropa çempionatında yeniyetmələr arasında qızıl medal qazanan Məhəmməd Musayev bildirib ki, komanda tarixdə ilk dəfə Avropa çempionu olub: “Biz qalibiyyətimizlə …

Read More »

Azərbaycan qazının Avropaya tədarük həcmləri açıqlanıb

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyənədək ümumilikdə 24,75 milyard kubmetr təbii qaz nəql edilib. Bunu “Report”a müsahibəsində TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) deyib. “Bunun təxminən 1,1 milyard kubmetri Bolqarıstana, 2,7 milyard kubmetrdən çox həcmi Yunanıstana, 20,7 milyard kubmetrdən çoxu isə İtaliyaya göndərilib”, – deyə TAP-ın icraçı direktoru bildirib. Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik …

Read More »

Azərbaycan neftinin qiyməti 78 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,89 ABŞ dolları, yaxud 1,12 % azalaraq 78,25 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 76,32 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

Prezident Rəcəb Tayyib Ərdoğan SOCAR-a mükafat təqdim edib

Haliç Konqress Mərkəzində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın da iştirakıyla TİM-in Ümumi Yığıncağı və İxracat Çempionlarının mükafatlandırılması mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu il ixracat rəqəmləri üzrə Türkiyənin ən qabaqcıl 1000 şirkəti arasından ilk 10 sıraya daxil olan şirkətlər təltif edilib. SOCAR Türkiyənin qrup şirkətlərindən olan “SOCAR” Petrol Ticareti şirkəti də bu il ilk 10-luğa daxil olaraq …

Read More »

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 1,02 % artaraq 78,58 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 76,61 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Azərbaycan neftinin qiyməti 75 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,24 % azalaraq 75,10 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 72,33 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda …

Read More »

Prezident İlham Əliyevin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib

Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.

Read More »

Slovakiya XİN: “Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyirik”

“Slovakiya Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyir”. Bu barədə  Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib. “Azərbaycan vacib təbii qaz istehsalçısı və digər Xəzəryanı ölkələrdən hasil edilən təbii qaz üçün potensial tranzit ölkə kimi qəbul edilir. Cənub Qaz Dəhlizi Avropa İttifaqının prioritet enerji layihələrindən biridir və təbii qazın Slovakiyaya tədarükü üçün bu sahədə əməkdaşlığın qurulması yollarını nəzərdən keçiririk”, – XİN-in bəyanatında …

Read More »

Azərbaycan bu ilin sonundan Macarıstana təbii qaz ixracına başlayır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən …

Read More »

Azərbaycanda hasil edilən neftin 74 %-i Bakı-Tbilisi-Ceyhan kəmərilə dünya bazarlarına nəql edilib

İndiyənədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından 2023-cü ilin may ayının 1-nə qədər 573 milyon ton neft hasil edilib. “İndiyə …

Read More »