Bazar ertəsi , 12 Yanvar 2026

Energetika

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilməsi mühüm hadisədir”

“Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilməsi ölkəmizin həyatında mühüm hadisədir. Prezident İlham Əliyevin mərasimdə dediyi kimi  bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Bu stansiyanın tikintisi ilə bağlı təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında …

Read More »

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,8 % artaraq 88,45 ABŞ dollara çatıb. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Ötən gün “Brent” markalı neftin bir bareli 84,47 ABŞdolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Prezident İlham Əliyev: “Qeyri-neft ixracımız 40 faizdən çox artıb”

“Bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Bu, imkan verir ki, biz valyutanı təkcə neft, qaz hesabına yox, eyni zamanda digər məhsullar hesabına ölkəmizə gətirək. Nəzərə almalıyıq ki, ölkədə əhali artır. Deməli, tələbat artır, daxili istehlak artır. Belə olan …

Read More »

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,21 ABŞ dolları, yaxud 2,61 % artaraq 86,88 dollara çatıb. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Ötən gün “Brent” markalı neftin bir bareli 83,61 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,36 ABŞ dolları, yaxud 0,42 % azalaraq 85,21 dollara düşüb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Ötən gün “Brent” markalı neftin bir bareli 81,75 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il …

Read More »

Azərbaycan nefti 2%-dən çox bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,94 ABŞ dolları, yaxud 2,41 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 82,49 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

SOCAR: “Bu ildən Naxçıvana qaz nəqli Türkmənistanla imzalanmış müqaviləyə əsasən aparılır”

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunmasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, ilin əvvəlindən bu müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq Azərbaycana …

Read More »

Rusiya qazının Ukraynadan Slovakiyaya tranziti kəskin şəkildə azalıb

2022-ci ilin ilk günündə Rusiya qazının Ukrayna ərazisindən Slovakiya istiqamətində tranziti iki ayda minimuma düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” Slovakiyanın Eustream qaz ötürmə operatorunun açıqladığı rəqəmlərə istinadən məlumat verir. Beləliklə, Velke Kapuşanı sərhəd-keçid məntəqəsi vasitəsilə ötürülmə həcmi 84 milyon kubmetrdən 49 milyon kubmetrə (41,7%) azalıb – bu, noyabrın 2-dən bəri ən aşağı göstəricidir.

Read More »

BP Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib

Böyük Britaniyanın “British Petroleum” (BP) şirkəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrik müraciəti şirkətin rəsmi tviter səhifəsində paylaşılıb. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir, sevinc, sülh və əmin-amanlıq arzu edirik”, – təbrikdə deyilir.

Read More »

Azərbaycan Türkiyəyə ən çox qaz tədarük edən üç ölkədən biridir

Rusiya, ABŞ və Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin arasında ilk üçlükdə yer alıb. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bu ilin oktyabr ayında Türkiyəyə təbii qaz idxalı 15,2 faiz artaraq 4 milyard 657 milyon kubmetrə çatıb. İdxal olunmuş qazın 3 milyard 22 milyon kubmetrə yaxını boru kəmərləri ilə, 1 …

Read More »