Energetika Nazirliyində videokonfrans formatında növbəti kollegiya iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclas kollegiyanın sədri, nazir Pərviz Şahbazovun rəhbərliyi ilə baş tutub. İclasın gündəliyi təsdiq edildikdən sonra Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsinin paylayıcı elektrik şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, təchizatın davamlılığının təmin edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş tədbirlər və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilib. Mövzu …
Read More »Türkmənistan, Azərbaycan və İran svop qazının tədarükünə başlayırlar
Türkmənistan, Azərbaycan və İran arasında imzalan üçtərəfli təbii qaz ticarəti üzrə saziş bu gün qüvvəyə minəcək. Boyukmillet.com xəbər verir ki, müqavilə Türkmənistandan Azərbaycana satılacaq və İran vasitəsilə nəql ediləcək 1,2-2 milyard kubmetr təbii qazı nəzərdə tutur. Qeyd edək ki, Türkmənistan qazı Şimali Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılacaq və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdiriləcək. Müqavilənin bitmə tarixi yoxdur. Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya …
Read More »Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”
“Bu il imzalanmış tarixi “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə arasında geniş üfüqlər açır və birlikdə görəcəyimiz çox işlər var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda bildirib. “İki ölkənin dövlət başçılarının dəstək verdiyi Azərbaycan-Türkiyə enerji qardaşlığının daha yüksək inkişaf mərhələsinə çatmasına töhfə verməyə davam edəcəyik. SOCAR Türkiyənin İzmir …
Read More »Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalanıb
Bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanan ilk sənəd Azərbaycan-Türkiyə I Enerji Forumunun Protokolu olub. Protokolu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar. Nazirlər Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memoranduma da imza …
Read More »Qarabağın enerji sisteminin bərpa planları açıqlanıb
“Azərenerji” ASC Kəlbəcər rayonunda 11 ədəd, Laçın rayonunda 12 ədəd olmaqla cəmi 130 MVt-a yaxın gücdə kiçik su elektrik stanasiyalarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlayıb və növbəti ildə bunların bir qisminin yenidənqurulmasını həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib. “Ötən bir il müddətində “Azərenerji” işğaldan azad olunan bölgələrdə minatəmizləmə əməliyyatlarından dərhal …
Read More »Baba Rzayev: “Azərenerji”nin Türkiyədəki törəməsi bir neçə ölkəyə enerji ixrac edir”
“Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkəti fəaliyyət göstərir. Bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracı həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib. B.Rzayevin sözlərinə görə, bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla …
Read More »Əli Əsədov Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
Bu gün Baş nazir Əli Əsədov Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Bu ilin fevral ayında Ankarada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyi qeyd edilib. Azərbaycan ilə Türkiyə arasında …
Read More »Fatih Dönməz: “Qarabağda “yaşıl enerji”nin tətbiqində iştirak edə bilərik”
“İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib. Fatih Dönməz öz çıxışında xalqlarımızın eyni soykökünə və qarşılıqlı bağlara malik olmasından qaynaqlanan Azərbaycan-Türkiyə …
Read More »Pərviz Şahbazov: “Azərbaycan Türkiyəyə 85 milyard kubmetrdən çox təbii qaz ixrac edib”
Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib. “Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 11 ayı ərzində Türkiyəyə …
Read More »Azərbaycan-Türkiyə Enerji Forumunda 6 sənəd imzalanacaq
Bu gün Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində 6 sənəd imzalanacaq. Boyukmillet.com -un məlumatına görə, forum Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə keçiriləcək. İlk sənəd Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu olacaq. Həmçinin, forum çərçivəsində Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
