Bazar , 19 May 2024

Fərdi

Azərbaycan şahmatçısı dünya yığmasına dəvət olunub

FIDE Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəni dünya yığmasına dəvət edib. Azərbaycan Şahmat Federasiyasında verilən məlumata görə, qrossmeyster Astana şəhərində Qazaxıstan yığmasına qarşı yoldaşlıq görüşü üçün dəvət alıb. Qarşılaşma aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək çinli Dinq Lirenlə rusiyalı Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq. Məmmədzadə ilə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze …

Read More »

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib. Boyukmillet.com xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib. Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək. 81 kq-dakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib. 73 kq-da Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) …

Read More »

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

Azərbaycan idmançılarının ötən ay beynəlxalq turnirlərdə qazandıqları medalların sayı bəlli olub. Boyukmillet.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib. Nazir ay ərzində yarışlarda 70-dək medalın əldə olunduğunu vurğulayıb: “Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate …

Read More »

Azərbaycanın titullu güləşçisi: “Rusiyalı idmançıların yarışlardan kənar qalmasını istəmirəm”

“Rusiyalı idmançıların yarışlardan kənar qalmasını istəmirəm”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib. 32 yaşlı idmançı Rusiya idmançılarının güləşdə ən yaxşılardan hesab olunduğunu bildirib: “Sözsüz ki, onların olmaması bizə böyük üstünlük verir. Rusiya güləşçiləri hər zaman gözəl nəticələr əldə ediblər”. Titullu pəhləvanın sözlərinə görə, idmanı siyasətə …

Read More »

Azərbaycan gimnastları beynəlxalq turnirlərə yollanıblar

Gimnastika üzrə Azərbaycan yığmaları beynəlxalq turnirdə iştirak etmək üçün Bosniya və Hersoqovina, həmçinin, Slovakiyaya gediblər. Bədii gimnastlar Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova 31 mart – 3 aprel tarixlərində Sarayevodakı “Suada Dilberoviç” beynəlxalq turnirinə qatılacaqlar. Aerobika gimnastikası üzrə yığmanın üzvləri Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə martın 31-dən aprelin 2-dək Bratislavada baş tutacaq 24-cü Slovakiya Açıq Beynəlxalq …

Read More »

Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib

Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib. Boyukmillet.com xəbər verir ki, funksioner işlərinin çoxluğu ilə bağlı bu addımı atıb. O, son bir ildə triatlonun inkişafı üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görüldüyünü və müxtəlif formatlı idman yarışlarının keçirildiyini bildirib: “Triatlonla məşğul olanların sayı dəfələrlə artıb, klublar yaradılıb. Uşaqların bu növə cəlb olunması istiqamətində davamlı iş aparılıb, …

Read More »

Azərbaycanın bədii gimnastları Gürcüstanda 22 medal qazanıblar

Azərbaycanın və “Ocaq Sport” klubunun bədii gimnastları Gürcüstanın paytaxtı Tbilisidəki “Keti Cup” beynəlxalq turnirdə 22 medal qazanıblar. Federasiyadan “Report”a verilən məlumata görə, bunlardan 9-u qızıl, 8-i gümüş, 5-i bürünc əyarlıdır. Maya Kozaçuk iki qızıl (gürzlər, top), bir gümüş (çoxnövçülük), Selin Yusifova iki qızıl (çoxnövçülük, alətsiz), bir gümüş (top), Sara Cəlilli bir qızıl (çoxnövçülük), bir gümüş (alətsiz), bir bürünc (top), Nilüfər Qasımova …

Read More »

Azərbaycan gimnastika yığması Portuqaliyada iki yarışa qatılacaq

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Portuqaliyanın Kantanhede şəhərində keçiriləcək Dünya Kuboku və beynəlxalq turnirə qatılmaq üçün yola düşüb. Azərbaycan Gimnastika Federasiyasından (AGF) “Report”a verilən məlumata görə, Vladimir Dolmatov və Mədinə Mustafayeva Dünya Kubokunda qüvvələrini sınayacaqlar. Martın 24-26-sı aralığında baş tutacaq yarışda idmançılar həm fərdi, həm də qarışıq cütlük proqramında çıxış edəcəklər. Qadın gimnastlar isə martın 22-dən 26-dək eyni şəhərdə baş tutacaq …

Read More »

Azərbaycan Ermənistandakı Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib. AAAF-in Mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Report”a bildirib ki, heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer alıb. Federasiya rəsmisi deyib ki, bu, ilkin siyahıdır və yarışa həmin …

Read More »

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq. Boyukmillet.com xəbər verir ki, Antalyada təşkil olunan turnirdə 10 idmançı bacarığını göstərəcək. Martın 19-dan 22-dək qadınlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək. Oğlanlardan isə Antalya sınaqlarına martın 22-də qatılacaqlar. …

Read More »