Çərşənbə axşamı , 26 May 2026

Futbol

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

“Neftçi” ilə oyunda bakılıların çox yaxşı güc nümayiş etdirdiklərini hiss etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın “Vaşaş” klubunun futbolçusu David Zimonyi Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirdikləri yoxlama görüşü ilə bağlı danışarkən deyib. Heç-heçə (1:1) nəticələnən görüşdə komandasının yeganə qolunun müəllifi olan 26 yaşlı macarıstanlı hücumçu qələbəyə layiq çıxış etdiklərini düşünür: “Bu bizim ilk sınaq matçımız idi. Məncə, birinci …

Read More »

“Neftçi”nin sabiq baş məşqçisi yenidən “Şerif”in sükanı arxasına keçib

Moldova “Şerif”inin yeni baş məşqçisi bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Roberto Bordin təyin edilib. İtaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. 58 yaşlı baş məşqçi Tiraspol təmsilçisinin sükanı arxasında Stepan Toması əvəzləyib. Qeyd edək ki, Roberto Bordin 2017-2018-ci illərdə də “Şerif”ə rəhbərlik edib. O, 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.

Read More »

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Kosta-Rika komandaları “Quanakasteka” ilə “Liberiya” arasında keçirilən yubiley oyununda futbolçular arasında kütləvi dava düşüb. Boyukmillet.com xəbər verir ki, birincilərin 50 illiyinə həsr olunan qarşılaşmanın birinci hissəsində oyunçular əlbəyaxa olublar. Hadisə “Liberiya” 2:1 hesabı ilə öndə olarkən 26-cı dəqiqədə baş verib. Kiçik mübahisə tezliklə dava-dalaşla əvəzlənib və hər iki komandanın oyunçuları futbol deyil, boks və karate hərəkətlərindən istifadə edərək, bir-birlərini vurublar. Sonda …

Read More »

“Traktor” əzəli rəqibinə qalib gəlib

“Traktor” futbol klubu əzəli rəqibi “İstiqlal”a qalib gəlib. Boyukmillet.com xəbər verir ki, Təbriz təmsilçisi İran çempionatının XV turunda qəbul etdiyi “İstiqlal”ı 2:0 hesablı məğlubiyyətə uğradıb. Hər iki qola 25 yaşlı yarımmüdafiəçi Məhəmməd Qənbəri imza atıb. Bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıran “Traktor” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Read More »

Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına 18 oyunçu çağırılıb. Azərbaycan Futzal Federasiyasından  verilən məlumata görə, komanda Bakıda hazırlığa başlayıb. Yanvarın 15-dək davam edəcək toplanışda bu futzalçılar iştirak edəcəklər: Rəvan Hüseynov, Sunay Həsənov, Fərid Abbasov, Kənan Rovşani, Rüfət Məmmədli, Kərim Babayev, Qudrət Qasımzadə, Şahbaz Həndəmli, Əhməd İsmayılov, Nüsrət Fərzəli, Elşən Mahmudov, Rasim Mikayılov, Sadiq Əlizadə, Raul Məmmədov, Əli Quliyev, …

Read More »

Messi millidə çıxışını davam etdirəcək

Futbol üzrə üçqat dünya çempionu Argentina yığmasının kapitanı, 35 yaşlı hücumçu Lionel Messi millidə çıxışını davam etdirəcək. Bu barədə Boyukmillet.com “TyC Sports”a istinadən xəbər verir. “Bu, sadəcə inanılmaz idi. Qələbə qazanacağımıza əmin idim. Bu, bizim üçün böyük sevincdir. Mən milli komandanı tərk etmək fikrində deyiləm. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”, – deyə Messi bildirib. Qeyd edək …

Read More »

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrənin ikinci divizion klubu “Lozan Uşi”nin futbolçusu Elia Alessandrini tətildə olarkən vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Futbol Liqasının rəsmi saytı məlumat yayıb. “Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik”, – “Lozan Uşi” açıqlamasında bildirib. Futbolçunun hovuzda çimərkən öldüyü qeyd edilib. O, tətilini Omanda keçirib. Bir neçə saatdan …

Read More »

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyun sayı baxımından həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib. Boyukmillet.com-un məlumatına görə, Qətərdə keçirilən mundialda Polşaya qarşı C qrupunun III tur matçı 35 yaşlı hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir. “974” stadionunda oynanılan matçda Cənubi Amerika təmsilçisi hesabda öndədir – 2:0. Qolları 46-cı dəqiqədə Aleksis Makallister və 68-ci dəqiqədə …

Read More »

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Boyukmillet.com xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olacaq. Kişineudakı “Zimbru” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək. Bu, iki kollektiv arasında sayca 12-ci oyun olacaq. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, …

Read More »

Molla rejimi əfsanəvi azərbaycanlı futbolçuya ÖLÜM HÖKMÜ ÇIXARDI

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei barəsində ölüm hökmü çıxarılıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, veteran hücumçu ölkədə Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılır. Hazırda həbsdə olan Daei ilə yanaşı, daha 15 000 nəfərin edəm olunacağı iddia edilib. O, oktyabrın əvvəlində Saqqız şəhərində təşkil olunmuş yürüşdə iştiraka görə polislər tərəfindən saxlanılıb, ardınca isə həbsə …

Read More »