Çərşənbə , 27 May 2026

Futbol

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində sonuncu – üçüncü turun oyunları keçirilib. Boyukmillet.com xəbər verir ki, A və B qrupu üzrə 2 görüş olub. “Novoivanovka” “Ada Təpə” ilə, “Göyçə” isə “Ardanış”la qarşılaşıb. İlk matç 1:1, ikinci qarşılaşma isə 2:2 hesabı ilə yekunlaşıb. Beləliklə, turnirdə yarımfinalçılar bəlli olub. A qrupundan 4 xal toplayan “Ardanış” …

Read More »

Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

PSJ futbol komandasının argentinalı hücumçusu Lionel Messi Fransa Birinci Liqasında ötən ayın oyunçusu seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, argentinalı futbolçu səslərin 57 %-ni qazanıb. Sentyabrda o, Fransa çempionatında üç oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Otuz beş yaşlı argentinalı cari mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 14 …

Read More »

Avropa Liqası: “Qarabağ”ın oyunu azarkeş sayına görə ilk “5-lik”də yer alıb

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib. İlk “5-lik”də Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib. Ən çox fanat isə “Roma” (İtaliya) – “HİK” …

Read More »

Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin “köhlən atlar”ın Fransanın “Nant” komandasını məğlub etməsi ilə bağlı paylaşımına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, mətbuat konfransından sonra jurnalistlərdən biri 50 yaşlı mütəxəssisə ölkə başçısının qarşılaşma barədə paylaşım etdiyini söyləyib. Təcrübəli baş məşqçi buna “Qarabağ” Azərbaycandır” deyə cavab verib. Qeyd edək ki, “Qarabağ” “Nant”ı 3:0 hesabı ilə məğlub edib.

Read More »

Şahruddin Məhəmmədəliyev: “Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik”

“Əlbəttə, qalib gəlmək xoşdur”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı qolkiper son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr səbəbindən bu qələbədən tam zövq ala bilmədiklərini söyləyib: “Çoxlu sayda şəhid vermişik. Buna görə tam …

Read More »

Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) Konqresi keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda UWW-nin Büro üzvü Namiq Əliyev, Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak edib. Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən qurumun İcraiyyə Komitəsinə seçkilər keçirilib. Namiq Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib. Qeyd edək ki, İcraiyyə …

Read More »

Vətən müharibəsi qazisinə “Kəpəz”də iş verilib

“Kəpəz”in sabiq futbolçusu, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Talıb Rzayev Gəncə təmsilçisində işləyəcək. Boyukmillet.com xəbər verir ki, İdarə Heyətinin sədri İlqar Nadiri döyüşçü ilə görüşərək, onun 9 yaşlılardan ibarət komandaya məşqçi təyin edildiyini bildirib. O əlavə edib ki, yaxın günlərdə gənc mütəxəssisin AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirakı da mümkün olacaq. Artıq bu istəklə quruma müraciət …

Read More »

Peşəkar Futbol Liqası loqosunu dəyişir

Peşəkar Futbol Liqasının (PFL) loqosu dəyişdiriləcək. Boyukmillet.com xəbər verir ki, qurum bununla bağlı loqotip dizaynı müsabiqəsi elan edib. Bildirilib ki, yeni loqo hazırlandığı zaman onun Peşəkar Futbol Liqasının səlahiyyətlərinə uyğun olaraq, xüsusən Azərbaycan futbolu ilə bağlı müxtəlif sahələrdə, məhsulların üzərində, tədbirlərdə istifadə olunacağı nəzərə alınmalı, təqdimat versiyası 1 mb-dən az olmamalı, tələb olunan format PNG və ya JPEG olmalıdır. Qeyd …

Read More »

Peşəkar Futbol Liqasında yeni təyinat olub

Peşəkar Futbol Liqasında (PFL) yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib. Tanınmış jurnalist Sənan Abdullayev qurumun yeni media və marketinq direktoru təyin olunub. 2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S.Abdullayev 2007-ci ildən “Xəzər TV”də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin “Ən yaxşı idman …

Read More »

FIFA Hindistan Futbol Federasiyasının təşkilatdakı fəaliyyətini bərpa edib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünün dayandırılması ilə bağlı qərarını ləğv edib. FIFA, həmçinin 17 yaşadək qadınlar arasında dünya çempionatının planlaşdırıldığı kimi Hindistanda keçiriləcəyini təsdiqləyib. Bundan əvvəl FİFA-ya üzvlüyün dayandırılması səbəbindən Hindistanın turnirə ev sahibliyi etmək hüququnu itirmək riski ilə üzləşdiyi bildirilirdi. Təşkilat avqustun 15-də qurumun üzvlüyünü dayandırıb. Daha sonra Hindistanın “India Today” telekanalı qeyd …

Read More »