“Qarşıda bizi gözəl işlər gözləyir. Futbolun inkişafı naminə yeniliklərə imza atacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayev xatırladıb ki, qurumun Növbəti Konfransında keçmiş dövrdə görülmüş işlər barədə danışılıb: “Çətin dövr olsa da, AFFA, futbol ictimaiyyəti futbolun geridə qalmaması üçün əllərindən gələni etdi”. AFFA prezidenti yeniliklərə misal olaraq, klubların sayının artırılması, ictimai fondların yaradılmasını qeyd edib: …
Read More »Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq
Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq. Boyukmillet.com-un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşacaq. Qroningen şəhərindəki “Martini Plaza”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi portuqaliyalı Migel Kastilyu olacaq. Qrupun digər oyununda Gürcüstan Bosniya və Herseqovina yığması …
Read More »Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün sonuncu yoxlama oyunlarını keçirəcəklər. Boyukmillet.com xəbər verir ki, “Qarabağ” günün ilk yarısında Çexiyanın “Bohemians” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da start götürəcək. “Köhlən atlar” toplanışa Polşanın “Visla” (Krakov) komandasına qarşı görüşdə yekun vuracaqlar. Bu görüş isə Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “Sabah” sonuncu matçında Serbiyanın …
Read More »“Qalatasaray”ın yeni baş məşqçisi bəlli olub
Türkiyə “Qalatasaray”ının yeni baş məşqçisi müəyyənləşib. Boyukmillet.comun məlumatına görə, bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib. Funksioner ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. O, 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib. Qeyd edək ki, “Qalatasaray” ötən gün Fatih Terimlə yollarını ayırıb.
Read More »Azərbaycan klubları Antalyaya təlim-məşq toplanışına yollanmağa başlayıb
“Zirə” Azərbaycan klubları arasında ilk dəfə qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Boyukmillet.com paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda səhər saatlarında qonşu ölkəyə yola düşüb. Legionerlər məhz orada kollektivə qoşulacaq. Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq “Zirə” 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi …
Read More »Slovakiya millisi baş məşqçisini dəyişə bilər
UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi dəyişə bilər. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, hazırda komandanın sükanı arxasında olan Ştefan Tarkoviçin müqaviləsi dekabrın 31-dək nəzərdə tutulub. Slovakiya Futbol Assosiasiyası Tarkoviçlə yanaşı, hazırda “Slovan” (Bratislava) klubunda işləyən Vladimir Vayssın da namizədliyini nəzərdən keçirir. Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti …
Read More »Dünya çempionatının yeni formatı milli assosiasiyaların gəlirini artıracaq
Futbol üzrə dünya çempionatının 2 ildən bir keçirilməsi FIFA-nın iqtisadi göstəricilərini yaxşılaşdıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino jurnalistlərə açıqlama verib. 51 yaşlı funksioner bildirib ki, yeni format əlavə 4,4 milyard ABŞ dolları gəlir gətirəcək: “Bu isə maliyyələşdirməni ilk dörd illik dövr ərzində hər FİFA üzvü olan assosiasiya üçün orta hesabla potensial olaraq 25 …
Read More »Millətlər Liqası: Belarus – Azərbaycan oyunu neytral ölkədə keçirilə bilər
UEFA Millətlər Liqasında Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Belarus yığmasının ev oyunları neytral ölkədə keçirilə bilər. Boyukmillet.com xəbər verir ki, Belarusda vəziyyətin qaydasında olmaması ilə əlaqədardır. UEFA prezidenti Aleksander Çeferin ölkədəki situasiyanın izləməkdə davam edəcəklərini bildirib: “Yaxın vaxtlarda orada turnirlər olmayacaq. Qadın futbolçular arasında 2025-ci il Avropa çempionatının harada olacağına zamanı yetişəndə qərar verəcəyik. İzləyir və bilirik …
Read More »Azərbaycan Premyer Liqası: “Neftçi” “Qəbələ”nin qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. Boyukmillet.com xəbər verir ki, ilin son turu iki qarşılaşma ilə başlayacaq. Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Meydan sahibləri 25 xalla 2-ci, qonaqlar isə 21 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar çempionatda 52 dəfə üz-üzə gəlib. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. …
Read More »İlham Əliyev: “Dəfələrlə Olimpiya Oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam”
“Futbol və idman siyasətdən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasiləşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar