Çərşənbə , 27 May 2026

Futbol

Ukraynanın tanınmış futbolçusu müharibədə həlak olub

Ukraynanın tanınmış futbolçusu Artur Qritsenko Rusiya ilə müharibədə öldürülüb. Boyukmillet.com xəbər verir ki, “Karpatı”nın keçmiş müdafiəçisi desant-həmlə briqadasında hərbçi olub. 44 yaşlı veteran futbolçu Xarkovun müdafiəsi ilə bağlı döyüşlərdə həlak olub. Qeyd edək ki, Artur Qritsenko peşəkar futbolçu karyerasına Lvovda başlayıb. O, “Karpatı”nın heyətində Ukrayna Premyer Liqasında bir oyun keçirib. Daha sonra Qritsenko aşağı liqalarda çıxış edib.

Read More »

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək. Yarış Azərbaycanın ilk onlayn qanuni mərc saytı “eTopaz”ın baş sponsorluğu, “Kəhriz su”nun tərəfdaşlığı, “Report” Agentliyinin informasiya dəstəyi ilə keçiriləcək. Məqsəd İAM-ın və “eTopaz”ın 10 illik yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, …

Read More »

İlham Əliyev: “Hacı Əliyev, sən artıq olimpiya çempionusan”

“Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan”. Boyukmillet.com -un məlumatına görə, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib. “Çünki sən üçqat dünya çempionusan və dünya çempionatı da Olimpiya Oyunları ilə eyni səviyyəli yarışdır. Bəlkə də Olimpiya Oyunları daha həyəcanlı bir yarışdır, çünki 4 ildən bir …

Read More »

Prezident: “Gənclər və İdman Nazirliyi güləşə xüsusi diqqət yetirməlidir”

“Güləş, qeyd etdiyim kimi, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər”. Boyukmillet.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini …

Read More »

Prezident: “Qurban Qurbanov çox ləyaqətli hərəkət edib”

“Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil”. Boyukmillet.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib. “Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini …

Read More »

“Qarabağ” 40-cı böyükhesablı səfər qələbəsini qazanıb

“Qarabağ” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər qələbəsini qazanıb. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XX turuna təsadüf edib. “Zirə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan Ağdam təmsilçisi bunadək 39 dəfə səfərdə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” ölkə çempionatları tarixində rəqib meydanında 418 dəfə qüvvəsini sınayıb. Ağdamlılar qonaq qismində ilk …

Read More »

Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq. “Boyukmillet.com”un məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında 23 xalla 5-ci pillədə qərarlaşan “Sabah” 11 xalla autsayder olan “Səbail”i qəbul edəcək. “Bank Respublika Arena”dakı görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu matçlarda hər iki kollektiv …

Read More »

Ronaldunun “Mançester Yunayted”lə bağlı gələcək planları məlum olub

İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Kriştianu Ronaldu komandanı tərk etmək fikrində deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Nəşrin məlumatına görə, komanda mövsümün sonunda Çempionlar Liqası zonasına düşə bilməsə də, hücumçu klubda qalmaq istəyir. Eyni zamanda, Avropanın top klubları arasında portuqalı oyunçuya tələbat yoxdur, çünki futbolçunun maaş tələblərini çox az klub ödəyə bilir. Qeyd edək ki, …

Read More »

AFFA-ya yeni baş katib təyin olunub

AFFA-nın baş katibi dəyişib. Boyukmillet.com-un məlumatına görə, bu, qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib. AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub. O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Read More »

Kərim Benzema Fransa futbolunda tarixi nailiyyətə imza atıb

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kərim Benzema Fransa futbol tarixinin bombardiri olub. Boyukmillet.com xəbər verir ki, Benzema İspaniya çempionatının “Malyorka” ilə oyununda dubl edib. Qarşılaşmada onun komandası 3:0 hesabı ilə qalib gəlib. “Real Madrid”in hücumçusunun karyerasında 413 qolu var. Bu göstəricidə ikinci yeri 411 qolla artıq karyerasını başa vuran Tyeri Anri tutur. Benzema 2009-cu ildən “Real Madrid”də çıxış edir. O, komandanın …

Read More »