Əsir götürülən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığını Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İrəvandakı nümayəndəsi Zara Amatuni açıqlamaqdan imtina edib. Turkustan.info-nun xəbərinə görə, erməni separatçılarının “ombudsmanı” isə BBC-yə bildirib ki, Amin Musayev və Bayram Kərimov barədə onda məlumat yoxdur, ancaq onlar yaralıdırlarsa, “çox güman ki, Ermənistanda xəstəxanadadırlar”. Qeyd edək ki, iki yaralı əsgərimizin döyüşlərdən sonra …
Read More »Ağdama komendant təyin edilib
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək. …
Read More »Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir
Gürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətin pisləşməsi səbəbindən ümümi karantin elan edəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli mətbuat yazıb. Məlumata əsasən, ümumi sərt karantin rejiminin noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turundan sonra tətbiqi nəzərdə tutulub. Xüsusi rejim noyabrın 24-dən dekabrın 7-dək qüvvədə saxlanılacaq. Sərt məhdudiyyətlərin ictimai nəqliyyat və iri ticarət mərkəzlərinin fəaliyyətinə şamil olunacağı bildirilib. “Lokdaun”un müddətinin …
Read More »“Paris Match” jurnalı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən yazır
Fransanın “Paris Match” jurnalında dərc olunmuş məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından, Azərbaycan şəhərlərinə raket hücumları etməsindən, mülki əhalini qətlə yetirməsindən bəhs olunur. Boyukmillet.com AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə Ermənistanın Bərdəyə raket hücumu nəticəsində şəhərdə yaranmış vəziyyət təsvir edilir. Bərdə şəhərində raket zərbəsinin endirildiyi ərazidə olan fransalı jurnalist buranın qan çanağına döndüyünü, 21 mülki azərbaycanlının cəsədini gördüyünü qeyd edir. …
Read More »Milli Məclisin iclası başlayıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyindəki məsələlərin sayı 11-dən 13-ə qaldırılıb. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə). 2. “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan …
Read More »Dünyada koronavirusa yoluxanların sayı 57 milyonu ötdü
Dünyada COVID-19-a yoluxma halların sayı 57 490 907-yə çatıb Bu barədə Boyukmillet.com ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir. Koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda COVID-19 xəstələrinin sayı 11 981 180-ə çatıb. Yoluxma sayı üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində 8 999 049 nəfərdə təhlükəli virus aşkarlanıb. Braziliyada 5 952 185 insana COVID-19 diaqnozu qoyulub. …
Read More »Azərbaycanda daha 2 597 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb
Bu gün Azərbaycanda koronavirus infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan 23 nəfər dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstələrin sayı 23 476 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 …
Read More »Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanda küçələri bağlayıb
Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələb edən aksiya iştirakçıları paytaxt Yerevanda küçələri bağlayıblar. Boyukmillet.com xəbər verir ki, məlumatı “Novosti Armenii” yayıb. Aksiyanın təşkilatçıları “Daşnaksütyun”, Vətən və Çiçəklənən Ermənistan partiyalarıdır. Küçələrə çıxan “Nikol satqındır!” şüarı səsləndirirlər.
Read More »Sülhməramlıların komandiri Laçın dəhlizinə gəldi – Foto
Qarabağda atəşkəs rejiminə tam əməl olunur. Boyukmillet.com xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradov Laçın dəhlizindəki nəzarət məntəqəsini ziyarət edib. Bildirilir ki, sülhməramlı kontingent öz öhdəliklərini tam icra edir. Postlarda situasiya sabitdir.
Read More »Zəngilanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
Dövlət Turizm Agentliyi (DTA) işğaldan azad edilmiş Zəngila rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentliyin sədri Fuad Nağıyev “Twitter” sosial şəbəkəsində etdiyi paylaşımda məlumat verib. “Azad edilmiş torpaqlarımızın geniş turizm potensialı var. Biz artıq bu potensialı qiymətləndiririk. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi Zəngilanın gəzməli-görməli yerlərini təqdim …
Read More »