Cümə , 3 May 2024

Gündəm

Prezident Əliyev Ermənistanla danışıqlar haqqında: “Əgər biz bütün əraziləri geri qaytarsaq, onda biz nə barədə danışacağıq?”

Bu gün onların kompromisə getmək imkanları azalır. Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə barədə danışacağıq? Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Digər tərəf kompromis arzulamadığı halda, …

Read More »

Ermənistan vətəndaşları Qarabağdan silah-sursat daşıyır

Ermənistanın Vardenis (Göyçə) rayonunun polis əməkdaşları Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindən qanunsuz silah aparanları saxlayıb. “Boyukmillet.com” xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, Qarabağdan Vardenisə gedən avtomobildən qumbara, güllə və tüfəng aşkar edilərək müsadirə olunub. Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan Ermənistan vətəndaşlarının silah-sursat daşıdıqları ilə bağlı əvvəlcədən xəbərdarlıq edib.

Read More »

Ermənistanın keçmiş müdafiə nazirinin bacısı ilə Kürdəmirdə MÜSAHİBƏ

Tanınmış jurnalist Eynulla Fətullayev Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın Kürdəmirdə yaşayan bacısı Zoya Arutyunovanı taparaq ondan müsahibə alıb. Qeyd edilib ki, inqilabın qələbəsindən sonra Paşinyan iki generala – Yuri Xaçaturova və M.Arutyunyana qarşı cinayət işi başlama əmri verib. Xaçaturov  birbaşa həbsxanaya göndərildi. Mikael Arutyunyan isə Rusiyaya qaçmağı bacardı. Və Kremldə təqib olunan generalın Rusiya pasportunu tapdılar və dövləti cinayətkarın …

Read More »

Azıx mağarası da işğaldan AZAD OLUNDU

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir qədər öncə yazdığı tvit-də  Xocavənd rayonunun Azıx kəndinin işğaldan azad olunduğuni bildirib.Boyukmillet.com  xəbər verir ki, Azıx kəndinin işğaldan azad olunması həm də həmin yaşayış məntəqəsində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə – ilk insan məskənlərindən biri olan Azıx mağarasının Azərbaycanın nəzarətinə keçməsi deməkdir.Qeyd edək ki, Ermənistan alimləri bir müddət Xocavənd rayonunun …

Read More »

Tənzilə Rüstəmxanlıdan Şuşanın işğaldan azad edilməsi ilə bağlı TƏBRİK

“Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müqəddəs məkanımız olan Şəhidlər Xiyabanından verdiyi müjdə ölkəmizdə inanılmaz coşqu yaradıb. Elə bir coşqu ki, xalqımız bununla sanki yenidən doğuldu, təkrar ayağa qalxdı”. Boyukmillet.com xəbər verir ki, bunu Azəri Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evi (ATEV) sədri Tənzilə Rüstəmxanlı bildirib. “Prezidentin müjdəsi ilə çağdaş tariximizin qızıl səhifəsi yazıldı: ruhumuzun …

Read More »

Abdullah Gül İlham Əliyevi təbrik etdi

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. “Boyukmillet.com”un xəbərinə görə, məktubda deyilir: “Hörmətli Prezident, əziz qardaşım, Qardaş Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu. Azərbaycan xalqının və ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində cəbhədə qazandığınız uğurlardan böyük məmnunluq və qürur hissi duyuram. Zati-alinizin müdrik rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan …

Read More »

Hikmət Hacıyev: “Ermənistanın törətdiyi ekoloji terror təsbit edilib”

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğal altından azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb. “Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri qırılıb. Vəhşi heyvanlar da …

Read More »

Daha 23 kənd işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında …

Read More »

Alimlərdən yeni pandemiya riski barədə XƏBƏRDARLIQ

Alimlər daha çox yarasalardan insanlara keçən “Nipax” virusuna görə yeni pandemiyanın yaranması təhlükəsi barədə xəbərdarlıq ediblər. Boyukmillet.com bu barədə “Express”ə istinadən məlumat verir. Mütəxəssislər qeyd ediblər ki, xəstəlik hər il Banqladeş və Hindistanın sıx məskunlaşmış ərazilərində yaranır. Onların sözlərinə görə, insanlar virusa üzərində yarasaların tüpürcəyinin olduğu meyvələr vasitəsilə yoluxur. Alimlər vurğulayıblar ki, xəstəliyin virusla yoluxmadan sonra ölüm sayı 90% təşkil edir. …

Read More »