Cümə , 19 Aprel 2024

Gündəm

Türkiyənin vitse-prezidenti Azərbaycanı təbrik edib

“Qarabağ Azərbaycandır” deyə inancla bir ağızdan hayqırırdıq. Artıq Qarabağ Azərbaycandır. Eşq olsun, sevinciniz, sevincimiz daim olsun, can Azərbaycan”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tvitterdə yazıb. “Karabağ Azerbaycan’dır” diye haykırıyorduk inançla hep bir ağızdan.Artık Karabağ Azerbaycan’dır.Eşk olsun, sevinciniz, sevincimiz daim olsun can Azerbaycan.— Fuat Oktay (@fuatoktay) November 10, 2020

Read More »

Nikol Paşinyan: “Mənim başqa çıxış yolum yox idi”

Ermənistanın baş naziri Nikol Paşinyan videomüraciətində Dağlıq Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolunun olmadığını bildirib. Bu barədə Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir. Paşinyan bir çoxlarına zərər verə biləcəyini izah edərək qərarının səbəblərini açıqlamayıb. “Mən çox şeyi deyə bilərəm, amma postlarda duran əsgərlərin həyatlarını təhlükə altına qoymamaq üçün susacam. Kim ki, indi dağıdır, səngərlərdəki əsgərin kürəyindən vurur. İndi mənim istefamı …

Read More »

Dövlət başçısı: Sənəddə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edilir

“Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi …

Read More »

Kəlbəcər, Ağdam və Laçın Azərbaycana qaytarılır – BƏYANAT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bəyanatının tam mətni açıqlanıb. Boyukmillet.com xəbər verir ki, sənəddə deyilir: Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik: 1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında …

Read More »

Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısına başsağlığı verdi

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı faciə ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev bu faciəli təsadüfə görə üzrxahlıq edərək bildirib ki, günün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib. …

Read More »

Ali Baş Komandan: Bu bəyanat bizim şanlı qələbəmizdir

“Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat 3 ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq. Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar. Paşinyanın bu hərəkəti başa düşüləndir. Paşinyan onsuz da bu bəyanatı imzalayacaq. Bu bəyanat bizim …

Read More »

Ermənistanın Baş naziri Yerevandakı etirazçıları cəza ilə hədələdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Dağlıq Qarabag müharibəsində təslim olmasından sonra paytaxt Yerevanın küçələrində etiraz edənləri divan tutmaqla hədələyib. Bu barədə Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir. Paşinyan xalqa müraciətində bildirib ki, Yerevandakı talanların bütün təhrikçiləri ciddi cəzalandırılacaq. “Yerevanda talançılardan bəziləri Qarabağda idilər, amma nədənsə öz mövqelərini qoydular və oradan qaçdılar. Onların arasında general da var. Rəsmən bildirirəm ki, …

Read More »

Rusiya Qarabağda sülhməramlıları yerləşdirməyə başladı

Rusiya Dağlıq Qarabağa 1960 sülhməramlı və bir neçə yüz texnika göndərir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi qulluqçular Ulyanovsk aerodromundan qalxıblar: “Rusiya Bakı vaxtı ilə 07:00-dan etibarən sülhməramlı kontingentini Qarabağda yerləşdirməyə başlayacaq. Sülhməramlıların yerləşdirilməsi erməni qoşunlarının çıxarılmasına paralel şəkildə aparılacaq”.

Read More »

Abşeronda naməlum mərmi zərərsizləşdirildi

Abşeron rayonunda naməlum mərmi zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, hadisə Xırdalan şəhəri Rövşən Əliyev küçəsində qeydə alınıb. Sakinlərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb və hər hansı yanğın hadisəsi baş verməyib. Raketin qalıqları polislərə təhvil verilib. Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

Read More »

Türkiyə və Rusiya sülhməramlıların Qarabağda fəaliyyəti ilə bağlı razılaşmanı imzalayacaqlar

Bu gün Türkiyə ilə Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti monitorinqi ilə əlaqədar sənədinin imzalanması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, noyabrın 10-da Türkiyə və Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti və monitorinqi ilə əlaqədar razılaşma sazişinin imzalanması gözlənilir.

Read More »