Cümə , 3 May 2024

Gündəm

Ordumuz niyə bütün ərazimizi döyüşlə almadı?

Boyukmillet.com saytı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir: – Qüdrət bəy, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin “Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması” barədə imzaladığı birgə Bəyanat barədə fikrinizi bilmək istərdik. – Adından da göründüyü kimi bu Ermənistanla imzalanmış sülh sazişi deyil. Atəşkəs haqqında növbəti razılaşmadır. Mən bunu Azərbaycanın qələbəsi kimi qəbul …

Read More »

Bakı istəyinə nail oldu: Ancaq müharibə hələ bitməyib

Xəritəyə baxanda görmək olar ki, azərbaycanlılar faktiki olaraq ərazilərinin azad edilməsilə bağlı bütün məsələləri həll ediblər. Qarabağın mənəvi paytaxtı Şuşa götürülüb, razılaşmaya əsasən, erməni qoşunları 1 dekabra kimi olduqları rayonlardan çıxarılır. Həmin qoşunlar demək olar ki, təcrid olunublar. Onlar orada qala bilərlər, amma qışın gəlməsi ilə bu, onlar üçün ölüm və aclıqdan başqa bir şey deyil. Boyukmillet.com xəbər verir ki, bu …

Read More »

Rusiya sülhməramlıları Qarabağa yola düşdü

Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib. “Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, – deyə nazirliyin …

Read More »

Ermənilər Paşinyanın edamını tələb edir

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov Ermənistanın baş naziri Nikol Paşinyan və onun silahdaşları üçün ölüm hökmü tələb edir. Boyukmillet.com xəbər verir ki, S.Baqdasarov bu barədə öz Teleqramında yazıb. “Yerevanda baş verən hadisələrə gəldikdə, bu barədə dəfələrlə xəbərdarlıq etdiyim şeylər baş verir. Əbədi suala-nə etməli və kim günahkardır,- bir cavab tələb olunur. Bəs …

Read More »

Hulusi Akar: “44 günlük hərəkatın 44 il danışılacağına əmin olun”

“Bütün dostlar və qardaşlarımı öz və Türkiyə Silahlı Qüvvələri, Türkiyə Müdafiə Nazirliyi adından səmimi-qəlbdən təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıya səfər edən Türkiyə Müdafiə naziri Hulusi Akar söyləyib. “Bıçaq sümüyə dirənmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl …

Read More »

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Cari ilin 10 noyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin uzun illərdir ki, davam edən münaqişənin həllində yeni …

Read More »

Xarici ölkələrdən Qarabağa gələn bəzi terrorçuların kimlikləri məlum olub

Ermənistan tərəfində muzdlu kimi döyüşmək üçün xarici ölkələrdən Dağlıq Qarabağa gəlmiş bəzi terrorçuların kimlikləri məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə ünvanladığı məktubda məlumat verib. “Fransa vətəndaşları – Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs), “Zouaves Paris” ekstremist qrupunun lideri …

Read More »

Çavuşoğlu: “Atəşkəsə necə nəzarət olunacağı istiqamətində müzakirələr davam edir”

“Hər dəfə atəşkəsi pozan Ermənistan oldu. Bunun da hesabını ağır ödədi. Güclü Azərbaycan Ordusu uğurlu oldu, Paşinyan təslim olmaq vəziyyətinə düşdü. Dünən gecə üç ölkə arasında atəşkəs imzalanıb. Buna necə nəzarət olunacağı istiqamətində müzakirələr davam edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Meydan və masada həmişə Azərbaycanın yanında olduq. Bundan sonra da qardaş Azərbaycanın …

Read More »

Paşinyan HƏR ŞEYİ ETİRAF ETDİ: Bir yol vardı, Ermənistan buna görə TƏSLİM OLDU

“Ordu dayanmağın lazım olduğunu söylədi”. Boyukmillet.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə bildirib. O deyib ki, ordudan hərbi sursatların tükənməsi xəbərləri gəlirdi. Bundan başqa perspektiv olmayıb: “Cəbhə bölgəsində vuruşanları əvəz edən yox idi. Döyüşənlərin dincəlmək imkanı olmalı idi. Cəbhə xəttində ardıcıl bir ay əvəzlənməyən insanlar var idi. Nəticədə Ermənistan respublikasının rəhbərliyi və dqr (qondarma Dağlıq Qarabağ …

Read More »

Rusiyalı sülhməramlılar hansı ərazilərə yerləşdiriləcək? – XƏRİTƏ

Azərbaycan Ordusunun zəfərindən sonra əldə olunmuş Qarabağ razılaşması əsasında yeni xəritə hazırlanıb. Boyukmillet.com xəbər verir ki, xəritədə Azərbaycan Ordusunun azad etdiyi ərazilər, həmçinin, rusiyalı sərhədçilərin yerləşdirildiyi bölgələr göstərilib. Mavi rəng Azərbaycan Ordusunun azad etdiyi əraziləri göstərir. Qırmızı ilə göstərilən ərazilər dekabrın 1-nə qədər Azərbaycana təhvil veriləcək ərazilər, yaşıl rəngli ərazilər isə rusiyalı sülhməramlıların yerləşəcəyi bölgədir. (modern.az)

Read More »