Cümə axşamı , 28 Mart 2024

Gündəm

Goranboyda gizli işləyən kafe aşkarlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə …

Read More »

Türkiyəli hərbçilər Hərb Tarixi Muzeyini ziyarət etdi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olub və zəngin təəssüratlar əldə …

Read More »

Zurabyan Paşinyanı tənqid etdi: “Nə ingiliscə bilir, nə də Qarabağ haqqında…”

“Erməni Milli Konqresi”nin üzvü Levon Zurabyan Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC-də yayımlanan “Hard Talk” verilişinə müsahibəsini tənqid edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verib.Siyasətçi feysbuk səhifəsində yazır ki, o, Paşinyanın müsahibəsindən çox ağır təəssürat alıb və onun iflasa uğradığını bildirib. Bunun bir neçə səbəbi var – yetəri səviyyədə olmayan ingilis dili, cavabların məzmunu, Baş Nazirin …

Read More »

“Rusiyanın bu hərəkəti Azərbaycanda kəskin etiraz doğurub” – Azay Quliyev

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayışlar işğalçı Ermənistanın növbəti avantürası üçün bəhanə oldu. Belə ki, Ermənistan hakimiyyəti partlayış nəticəsində zərər çəkmiş Livan ermənilərini beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmağa başlayıb. Ötən illərdə də Ermənistan Suriyada baş verən hərbi əməliyyatlardan sui-istifadə edərək, orada yaşayan ermənilərin bir hissəsini Azərbaycanın işğal …

Read More »

Nikolun rüsvay olduğu müsahibə azərbaycanca – VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan “Hardtalk” verilişinin qonağı olub. Boyukmillet.com xəbər ki, verilişdə Paşinyan aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi suallara cavab verərkən çətin anlar yaşayıb. Müsahibə Azərbaycan sosial şəbəkələrində olduğu kimi, Ermənistanda da müzakirə və tənqid olunub. Paşinyanın sözügedən müsahibəsinin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

Read More »

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Read More »

Adil İsmayılov: “Eldar Həsənovun haqqındakı məhkəmə qərarından şikayət veriləcək”

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsindəki məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.  Bunu E.Həsənovun vəkili Adil İsmayılov “AzPolitika.info”-nun sorğusuna cavabında bildirib. Xatırladaq ki, avqusutun 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Sosial …

Read More »

Bakıda 550 küçə dezinfeksiya edildi

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 10-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçədə dezinfeksiya işləri görüb. Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə …

Read More »

Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olunub

İqtisadiyyat Nazirliyinin karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət tədbirlərin davam etdirir. Məlumata görə, bu məqsədlə avqustun 14-də keçirdiyi monitorinqlər zamanı Nəsimi rayonunda “Alfredo Qadın Geyimləri” mağazasında, “Damla Geyim Mağazası”nda, “Kimone Ərzaq Mağazası”nda, “Karahanlı Lahmacun”da, Qaradağ rayonunda Ağamusa Şərifova, Ədil Niftəliyevə, Könül Vəliyevaya məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Total inşaat” mağazasında, “Ordubad market”də, “Avrora Aptek”də, Məhəmməd Abdullayevə, …

Read More »

Azərbaycan əczaçılıq məhsulları idxalını 66% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 214 milyon ABŞ dolları dəyərində 13,3 min ton əczaçılıq məhsulları idxal edib. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 59,2 milyon ABŞ dolları (38,3%) və 5,3 min ton (66%) çoxdur. Hesabat dövründə əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 3,3%-ni təşkil edib.

Read More »