Çərşənbə , 15 May 2024

Gündəm

DYP: 629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 02.07.2020-ci il saat 00:00-dan 03.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 564 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 55 nəfər …

Read More »

Paytaxtda karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun …

Read More »

Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır

“Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır və hər gün klinik vəziyyətində müsbət dinamika davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib. O bildirib ki, B.Bağırzadə hələ trakeostoma vasitəsilə süni tənəffüs aparatında nəfəs alır: “Artıq ağciyər və bədənin reabilitasiyasına başlanılıb. Müalicə həkimləri və …

Read More »

Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Open.az-a verilən məlumata görə, iyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanlıraq polis şöbəsinə gətirilib. Şöbədə aparılan müvafiq …

Read More »

Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək

Bu gündən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib. Qərara əsasən, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Qeyd edək ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və …

Read More »

On altı şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Boyumillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib. Qərara əsasən, həftəsonu – 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları …

Read More »

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 500 mini ötdü

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 137 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 502 965 test aparılıb. Aktiv xəstə sayı 8 212 nəfərdir, onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Read More »

Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarı təsdiqləyib. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən …

Read More »

Yusif İldırımzadənin qardaşı oğlu həbs edildi

Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib. Boyukmillet.com xəbər verir ki, Ü. İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.  O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.  İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.  Qeyd …

Read More »

Türk dövlətində pandemiyanın ikinci dalğası başladı

Şimali Kiprdə 75 gün sonra yenidən koronavirusa yoluxma faktı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, adada COVID-19 xəstələrinin sayı 3-ə çatıb. Ölkənin Səhiyyə naziri Ali Pilli verdiyi yazılı açıqlamada son sutka ərzindı 569 nəfərin testdən keçirildiyini, 2 nəfərin nəticəsinin pozitiv çıxdığını qeyd edib. Nazir onların Kiprə hava yolu ilə daxil olduğunu vurğulayıb. Xəstələr paytaxt Lefkoşadakı dövlət xəstəxanasına yerləşdirilib. Onlarla təmasda …

Read More »