Çərşənbə axşamı , 1 Aprel 2025

Gündəm

“Azərbaycanda yoxsulluq ləğv edilib” — Komitə sədri

“Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib”. boyukmillet.com-un məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Ziyad Səmədzadə bildirib. Z. Səmədzadə deyib ki, kölgə iqtisadiyyatına kasıb ölkələrdə rast gəlinməsi təsadüfi deyil: “Müstəqilliyin ilkin illərində insanları ilk …

Read More »

Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

boyukmillet.com xəbər verir ki, sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanıb.  Bildirilib ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su öz axını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın …

Read More »

“Biz qıpçaq Türküyük və Atillanın nəvələriyik”-Macarıstan Prezidentindən tarixi çıxış -VİDEO

Macarıstan prezidenti Viktor Orbanın Türk dövlət başçılarının Qırğızıstanda keçirilmiş toplantısındakı tarixi çıxışının videosu yayılıb.  boyukmillet.com xəbər verir ki, Macarıstan prezidenti “Biz qıpçaq Türküyük və Atillanın nəvələriyik” deyə birlik çağırışı edib.  Qeyd edək ki, Macarıstan Türk Konseyində müşahidəçi statusla təmsil olunur. Artıq neçə ildir ki, Macarıstanda Macar-Turan Fondunun təşkilatçılığı ilə Macar-Turan Qurultayları keçirilir. Milli ideoloqumuz İdeoloqumuz Əli bəy Hüseynzadə hələ yüz il …

Read More »

Rusiya Azərbaycanlıları İttifaqı Hüseyn xan Naxçıvanskinin heykəlinin ucaldılmasının maliyyə xərclərini öz üzərinə götürdü-VİDEO

Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşunu generalı Hüseyn xan Naxçıvanskinin Rusiyanın Piter şəhərində heykəlinin ucaldılmasının maliyyə dəstəyini Rusiya Azərbaycanlıları İttifaqı qarşılayacaq.  boyukmillet.com xəbər verir ki, heykəlin ucaldılması üçün lazım olan maliyyə vəsaiti 3 il bundan əvvəl Azərbaycan hökuməti tərəfindən ayrılsa və onun ucaldılmasına müvafiq dairələr tərəfindən yer ayrılsa da, lakin ötən müddət ərzində qeyd edilən istiqamətdə heç …

Read More »

Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə milli ideologiya – azərbaycançılıq və dövlətçilik ideologiyası sürətlə inkisaf etməyə başlayıb. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası və milli-mənəvi dəyərlərlə vəhdətdə olduğunu göstərdi. Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və milli mədəniyyətimizdən ibarət olduğunu nəzərə çatdıran Ulu Öndər Heydər …

Read More »

Türkiyəli nazir: Ankara və İstanbul bələdiyyə sədrlərinin dəyişdirilməsi müzakirə mövzusu deyil

Ankara və İstanbul böyükşəhər bələdiyyə sədlərinin təyinetmə yolu ilə dəyişdirilməsinin müzakirə mövzusu olması mümkün deyil. AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ifadə edib. Qeyd edək ki, terrorla əlaqəli fəaliyyətləri aşkar edildiyi üçün Türkiyənin bir sıra bölgələrində bələdiyyə sədrləri təyinetmə yolu ilə dəyişdirilib. Son vaxtlar bu halın Ankara və İstanbulda da baş verə biləcəyi barədə yayılan …

Read More »

Georqi Qaxariya Gürcüstanın baş naziri oldu

Bu gün Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib. boyukmillet.com “TASS”a istinadən verdiyi məlumata görə, parlamentin 98 deputatı Georqi Qaxariyanın rəhbərlik etdiyi hökuməti dəstəkləyib. Parlamentin spikeri Arçil Talakvadze səsvermənin yekunlaşı şərh edərkən bildirib ki, etimad göstərilib və qərar qəbul edilib: “Mən Gürcüstanın baş naziri və hökumətini etimadın göstərilməsi münasibətilə təbrik edirəm”.

Read More »

Peşəkar avantüraçılar Rusiyadakı Azərbaycan diasporunu dağıtmaq istəyir

Belə görünür, yaxın gələcəkdə Rusiyadakı Azərbaycan diasporunu birləşdirmək müşkül olacaq 2017-ci ilin mayında ləğv edilən Ümumrussiya Azərbaycanlıları Konqresindən tanıdığımız “akademik” Fazil Qurbanovun rəhbərlik etdiyi qoca autsayderlər komandası bir dəfə üzü üstə qoyduqları prosesi bir dəfə də “şumlamaq” qərarına gəliblər. Bu komanda o şəxslərdən təşkil olunub ki, azərbaycanlıların ən böyük diaspor qurumunu indiki kritik, millətdən qopuq vəziyyətə öz intriqaları, yarıtmaz fəaliyyətləri …

Read More »

Aslan İsmayılov gizli şəkildə AXCP-yə üzv olub – VİDEO

Hüquqşunas Aslan İsmayılovun davranışlarını tənqid edən A.Abdulkərimov onu “insanları mənəvi terror”a məruz qoymaqda ittiham edib Hilal təşkilatının sədri Arzuman Abdulkərimov Yeni Kanal internet televiziyasının canlı efirində müxalifətlə, o cümlədən hüquqşunas Aslan İsmayılovla bağlı maraqlı açıqlamalarla çıxış edib. O, Azərbaycanın radikal müxalifətinin “stəkanda fırtına” yaratmaq cəhdlərini pisləyərək, hakimiyyətə qarşı şantaj və iftira kampaniyalarını ifşa edib: “Sosial şəbəkədə təhqir yazan insanların Əli …

Read More »

Millət vəkili birincilərlə görüşüb

Bu gün millət vəkili Adil Əliyev Bakı şəhər Nərimanov rayonunun namizədliyini verdiyi ərazi dairəsində bu il birinci sinfə qədəm qoyan uşaqlarla görüşüb. Aztəminatlı ailələrdə eyni yaş kateqoriyasından olan uşaqları məktəb ləvazimatları ilə sevindirib. Millət vəkili qarşıdan gələn “Bilik günü” münasibətilə bütün birinciləri təbrik edib və onlara gələcək təhsillərində uğurlar, müvəffəqiyyətlər arzulayıb.Qeyd edək ki, həmin ərazi üzrə bu il birinci sinfə …

Read More »