Gündəm

Azərbaycan və Gürcüstan Əfqanıstan Müharibəsi Veteranları birgə bəyanat qəbul edib.

Biz – Azərbaycan və Gürcüstanın Əfqanıstan Müharibəsi Veteranları təşkilatlarının təmsilçiləri bu günlərdə Azərbaycan-Gürcüstan sərhədində, “Keşikçidağ” məntəqəsində baş verən insidentin iki qonşu dövlətin əlaqələrinə, sıx tərəfdaşlıq münasibətlərinə xələl gətirməməsi üçün hər iki ölkənin ictimaiyyətini səbr və təmkin nümayiş etdirməyə çağırırıq. Xalqlarımızın çoxəsrlik mehriban qonşuluğuna, dövlətlərimizin uzunmüddətli siyasi və iqtisadi əməkdaşlığına kölgə düşməməsi naminə bu kimi insidentlərə soyuqqanlı yanaşılması, hadisələrin ehtiyatla, hərtərəfli …

Read More »

Zakir Həsənov: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır”

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən uzadır”. “Report” xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşdə deyib. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən …

Read More »

Həbsdən çıxan keçmiş icra başçısı ailəsi ilə birlikdə – FOTO

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı, əslən azərbaycanlı Temur Abazov (Teymur Abbasov) ailəsi ilə birlikdə istirahət edir. BAKU.WS xəbər verir ki, o, ailəvi fotolarını sosial şəbəkədə paylaşıb. Temur Abazov üç uşaq atasıdır, iki qızı, bir oğlu var. Gürcüstanın Marneuli rayonunun sabiq rəhbəri, əslən azərbaycanlı Temur Abazov vəzifədə olduğu zaman Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı vide-fakta görə …

Read More »

5 ildə 7 min tələbə təhsil haqqı probleminə görə təhsildən imtina edibsə…

“Ödənişli ixtisaslarda oxumaq üçün təhsil kreditlərinin verilməsi vacibdir” Açıqlanan statistik rəqəmlərə əsasən, son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib. Məlumdur ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4500 manatdır ki, bu məbləğin …

Read More »

Komitə sədri Mübariz Qurbanlı Vaşinqtonda bir sıra görüşlər keçirib

Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı  iyulun 17-də amerikalı yazıçı Joel Rosenberqlə görüşüb. Komitə sədri ölkəmiz, onun tarixi, dövlət-din münasibətləri haqqında ətraflı məlumat verib, tolerantlığın və multikulturalizmin Azərbaycanda çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu ənənələrin …

Read More »

Suriyanın şimalında “Ozanyan qrupu” təlim keçir, Qarabağa da keçə bilər – ERMƏNİSTAN ASALA-NI YENİ ADLA DİRÇƏLDİR

İndiyə qədər PKK-ya silah və maddi dəstək verən Ermənistan hazırda ASALA terror təşkilatını yeni adla dirçəltməyə başlayıb. boyukmillet.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriyanın şimalındakı Haseki bölgəsində qurulan və Ermənistanın birbaşa dəstəklədiyi, Nubar Ozanyan adını daşıyan erməni yaraqlı qruplaşması getdikcə böyüməkdədir. Bu qruplaşmanın qərargahından yeni görüntülər sosial şəbəkələrdə yayılıb və məlum olur ki, “Ozanyan qrupu” qərargahında Ermənistan bayrağını asıb. “Ozanyan …

Read More »

Natalia Bourjali: Bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin (Beynəlxalq Mərkəz) vitse-prezidenti Natalia Bourjali və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (Agentlik) Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülkər Əkbərova ilə görüş keçirilib.   Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara Şuranın SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) proqramı haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem Azərbaycan …

Read More »

Azərbaycan aviasiyasında Qərb qırıcıları da olacaq – “Vaşinqton F-16-ların Bakıya satılmasına razılıq verəcək”

Hərb müstəvisində Azərbaycanın işğalçı Ermənistan üzərində davamlı şəkildə artan üstünlüyü təcavüzkar ölkədə getdikcə daha böyük əndişəyə səbəb olmaqdadır. İrəvan bu fərqi aradan qaldırmaq istiqamətində çoxsaylı cəhdlər göstərsə də, ortada heç bir nəticə yoxdur. Əksinə, hadisələrin inkişaf axarı göstərir ki, Azərbaycan düşmən ölkə ilə müqayisədə hər il daha böyük hərbi üstünlük qazanır. Bu hal müxtəlif qoşun növlərinə, o cümlədən hərbi hava …

Read More »