Cümə axşamı , 2 May 2024

Gündəm

AZAL Naxçıvana qarşı niyə ögey münasibət göstərir?

NAXÇIVAN HAVA LİMANINDA GÜNLƏRLƏ SKAMYALARDA YATAN YERLİ VƏ XARİCİ TURİSTLƏRƏ ZÜLM EDƏNLƏRİN MƏQSƏDİ BAŞADÜŞÜLƏN DEYİLDİR. Diaspor info saytının müxbirləri bu günlərdə Naxçıvan MR-da olublar. Naxçıvanda olarkən saytımızın əməkdaşları “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli ilə də, görüşüb, ondan müsahibə alıblar. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü olan Əlmaniz Ələkbərli, saytımızın əməkdaşları ilə söhbəti zamanı Naxçıvan MR-a yaradılan süni problemlərdən də, …

Read More »

Azərbaycan – Türkiyə Alyansı (ATA) Orta Doğunun barış təminatıdır

Son illərdə İran adlanan ölkədə mövcud hakimiyyətin dəyişdirilməsi, mollakratiyanın başqa bir idarəetmə sistemi ilə əvəz edilməsi kimi proseslər gündəmə gətirilir. O da bəllidir ki, əsası XVIII yüzillikdə qoyulmuş qondarma “paniranizm”, “panfarsizm”, “irani” kimlik siyasəti bu gün supergüclər olan Qərb, Rusiya və Çin tərəfindən müdafiə olunur. Beləliklə də Azərbaycan Türklərinin kimliyi, bu xalqın superetnos statusunun inkarına qarşı cəhdlər edilir. “Birləşik Azərbaycan …

Read More »

“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə start verildi.

Düşərgə Azərbaycan Respublikasının Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilir. Düşərgə iştirakçıları ilk olaraq Fəxri xiyabanda Azərbaycanın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoydular. Sonra düşərgə iştirakçıları Şəhidlər xiyabanında və II Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və …

Read More »

Vergidən yayınmaq dövlətə xəyanətdir…

Son zamanlar ölkəmizdə gedən vergi islahatları ilə bağlı görülən tədbirlər taqdirəlayiqdir. Vergi qanunlarının icrası mexanizminin daha ciddi şəkildə həyata keçirilməsi dövlət büdcəmizin və büdcədən maliyyələşən əməkhaqların, pensiyaların daha da artırılmasına birbaşa təsir göstərir. Lakin bəzi hallarda vergidən yayınmaq üçün işçi sayının az göstərilməsi, və yaxud əmək müqaviləsi olmadan insanları işlətmək kimi hallar, baş verir ki, bu da bəzi iş adamlarının …

Read More »

QUDALARIN XARİCDƏKİ BÖYÜK ARAQ BİZNESİ… – Eldar Həsənovla bağlı şok məlumatlar yayıldı

2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir. 27 milyon dollar civarında sabit investisiyaya malik RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkət Kırklareli vergi dairəsində 7340876728 saylı vergi nömrəsi ilə qeydiyyatdan keçirilib.Türkiyə Rəsmi Gazetesinin 2 may 2008-ci il məlumatına görə, fabrik …

Read More »

Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə – Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb – FOTOLAR

Haqqında söhbət açacağımız azərbaycanlı ailə şübhəsiz ki, sizin də marağınıza səbəb olacaq. Onların 8 övladı var: 2-si öz övladlarıdır – Ramiz və Mehdi, 6-sını isə yetimxanalardan götürüb saxlayırlar – Nikita, Rüstəm, Vadim, Nikolay, Aleksey və İvan. Modern.az saytının əməkdaşı Rusiyanın Surqut vilayətində yaşayan Mehralıyevlər ailəsinin Bakıya gəlməyindən istifadə edərək, onlarla görüşüb. Ailə başçıları Məmməd və Gövhər Mehralıyevlər əslən Dağıstanın Dərbənd şəhərindəndir. …

Read More »

İrəvan xanları nəslinin nümayəndəsi Gəncədə – FOTOLAR

Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncəyə səfər edib. Hazırda Almaniyada yaşayan, ixtisasca isə mühəndis olan Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. boyukmillet.com xəbər verir ki, Gəncə şəhərinin tarixi abidələri, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə tanış olan qonaq dahi Nizami Gəncəvinin və qəhrəmanlıq tariximizin ən parlaq …

Read More »

Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlanıb – RƏSMİ

Bəzi kütləvi informasiya vasitələrində azyaşlının valideyni tərəfindən zəncirlə bağlanması barədə məlumatlar dərc olunub. Boyukmillet.com “Report”a istinadən məlumat verir ki, Bakı şəhər prokurorluğundan həmin xüsusat üzrə aparılmış araşdırmalar nəticəsində 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə …

Read More »

“Qarabağ” komandası Çeçenistanda keçiriləcək yarışa qatılacaq

Rusiya Azərbaycanlıları İttifaqının dəstəyi ilə “Qarabağ” komandası avqustun 22-də Qroznıy şəhərində keçriləcək “Nə, Harada, Nə zaman” beynəlxalq intellektual turnirinə qatılacaq. Bu barədə məlumat “OLAYLAR”-a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən daxil olub. Bildirilib ki,  tədbirdə Rusiya Azərbaycanlıları İttifaqını Təşkilatın vitse-prezidenti Elnur Hüseynov təmsil edir. Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri isə Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilidir. Proqarama əsasən turnir iştirakçıları …

Read More »

Bakı Metropoliteni sədrinin milyonçu oğlu – FOTO

Zaur Hüseynovun neftçi oğlu Britaniyada daşınmaz əmlak biznesi ilə məşğuldur. Həbib Hüseynzadə Azəri-Çıraq-Günəşli yatağında qazma qurğusunda çalışır. Transmilli neft-qaz şirkətlərindən birində mühəndis kimi pis qazanmır. Amma bu qazancı ona Birləşmiş Krallıqda hazırda 4,8 milyon funt sterlinq dəyərində aktivləri idarə edən şirkət qurmaq üçün yəqin ki yetərli sayılmazdı. Əgər atası Zaur Hüseynovun – “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin dəstəyi olmasaydı. …

Read More »