Cümə axşamı , 2 May 2024

Gündəm

Mehriban Əliyeva pilotun ailəsinə başsağlığı verdi, əklil göndərdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin “MiQ-29” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.boyukmillet.com-un məlumatına görə, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. …

Read More »

Əli Əhmədovdan Qabil Hüseynlinin çağırışına MÜNASİBƏT

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması bizim hamımızı kədərləndirir. Ordumuz üçün gərəkli olan bir hərbçinin həlak olması faciədir. Ancaq müxalifətin bundan hansısa siyasi məqsədlər üçün istifadə etməsi qətiyyətlə yolverilməzdir.  boyukmillet.com xəbər verir ki, bunu Trend-ə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, bu, …

Read More »

“Rəşadın təyyarə qəzası sirlidir…” – Qabil Hüseynli

“İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, analoji qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Bu qəzanın üzərinə “qara qutu”nun açılması və məlumatların oxunması böyük işıq saçacaq”. Bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində onun qayınatası Qabil Hüseynli deyib. Q.Hüseynli xatırladıb ki, R.Atakişiyevin qəzaya …

Read More »

Şəbəkə radikalları – Əli Kərimli – Mübariz Mənsimov üçbucağında “yeni İbrahimbəyov” doğuluşu… – Aydın QULİYEV yazır

Xarici ölkələrdə əslən Azərbaycandan müəyyən sayda zəngin iş adamlarının olması qürurverici fakt olsa da, bəzən, əsasən də xarici ölkələrin vətəndaşlığını qəbul etmiş həmin varlı soydaşlarımızdan siyasi məqsədlər üçün istifadə etmək niyyətləri ortaya çıxır və bəla budur ki, özləri də buna həvəslə gedirlər. Belə təzahürləri əvvəllər ölkənin həssas məqamlarında hiss etmişik. Heç də uzaq olmayan keçmişdə, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində məhz …

Read More »

Jurnalistin gizli səs yazısını “reket”ə kim verib? – Hakim Rafiq Məmmədov bu məsuliyyətin altından necə çıxacaq?

Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə adı “qara siyahıya” salınaraq “reket” elan olunan demokratik.az adlı domenin istifadəçisi, xaricdən Azərbaycana qarşı hədyanlar yağdıran, ölkənin simvollarını təhqir edən Qurban Məmmədovun internet televiziyasında ekspertlik edən, Göygöl rayon sakini Rzayev Osman Nəriman oğlu ilə məhkəmə prosesinin yekunlaşdığı barədə məlumat vermişdim. Məhkəmə Osman Rzayevin barəmdə yaydığı məqalələri internet resurslarından silmək, təkzib vermək və mənəvi ziyana …

Read More »

Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub

Avqustun 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan direktor Mayıl Əhmədov İrəvan xanlığının tarixinin Azərbaycan xalqının min illər ərzində yaratdığı maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz hissəsi olduğunu qeyd edib. O bildirib ki, XVIII əsrin ortalarında meydana gəlmiş İrəvan …

Read More »

“Relaks” sübut etdi – nə qədər ki, iri biznesin arxasında məmur, deputat əli var…

Lerikdəki “Relaks” istirahət mərkəzində baş verən insidentlə bağlı məlumatlar ətrafında müzakirələr davam etməkdədir. Üç dövlət qurumunun yaydığı məlumatdan sonra məlum oldu ki, həmin obyektdə baş verən hadisəyə görə millət vəkili İqbal Məmmədovun oğlu və yaxın qohumları həbs edilib. Uzun müddətdir mediada “Relaks”ın məhz İqbal Məmmədova məxsus olması ilə bağlı xəbərlər dolaşırdı. Düzdür, İqbal Məmmədov verdiyi müsahibədə “obyektin” ona aid olmadığını …

Read More »

“MiQ-29” “qəza”sında Rusiya izi: Hərbi təyyarəmiz “şimal”dan lazer silahı ilə vurulub?

İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 hərbi təyyarəsinin qəzaya uğraması və faciənin səbəbləri ətrafında müzakirələr səngimir. Qırıcını idarə edən polkovnik-leytenant Rəşad Atakişiyevin ölkənin ən təcrübəli pilotlarından biri olması isə rəsmən elan edilmiş qəza versiyası ətrafında ciddi müəmmalar yaratdı. Mövzuya dair fikir bildirənlər –istər peşəkarlar, istərsə də diletantlar – qəzanın səbəblərinə yönəlik öz ehtimallarını irəli …

Read More »

Gənc fəal YAP-a çağırış etdi: “İqbal Məmmədovun Leriki MM-də təmsil etməyə mənəvi haqqı yoxdur”

“İqbal Məmmədovun Lerik və lerikliləri ali qanunverici orqanda təmsil etmək üçün mənəvi haqqı yoxdur”. boyukmillet.com xəbər verir ki, bu açıqlama ilə əslən Lerikdən olan gənc fəal, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edıb. F.Şahbazlı bildirib ki, İqbal Məmmədov parlamentə ilk deputat seçildiyi zamanlarda əslən Lerikdən olan bir gənc olaraq rayonun maraqları naminə ona təmənnasız ilk dəstək verənlərdən olub: …

Read More »

“Sirab”ın Müsavatı maliyyələşdirməsi” iddiasına… Şefindən AÇIQLAMA

Babək “Sirab” ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov son zamanlar bəzi xəbər saytlarında Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında məlumatlara aydınlıq gətirib.Bəyanatda deyilir ki, bu səpkili xəbərlərin meydana çıxmasına səbəb isə, Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən “youtube” kanalında yayımlanmış bir videodur. Həmçinin, xəbərlər …

Read More »