Şənbə , 27 Aprel 2024

Gündəm

“Bakı Xəbər” – 16

Aydın Quliyev: “Biz bütün peşə çətinliklərini birlikdə aşmağı bacardıq” “Bakı Xəbər” qəzetinin 16 yaşı tamam olur. Xatırladaq ki, “Bakı Xəbər” qəzeti ilk dəfə 2003-cü il sentyabrın 4-də işıq üzü görüb.Qəzetin baş redaktoru Aydın Quliyev bildirib ki, “Bakı Xəbər” ölkədə qəzet bolluğu ərəfəsində yaransa da, kütləvi informasiya vasitələrinin alternativ növlərinin hələ o qədər də inkişaf etməməsi ona öz yerini tutmaqda geniş …

Read More »

“Bəxtiyar Sadıqov “Azərbaycan” tarixini saxtalaşdırıb”- Sabir Rüstəmxanlı

Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklər ediləcəyi, rəsmi dövlət qəzetlərinə ödənişli başsağlıqlarının verilməsinin qadağan olunacağını anons etməsi yeni gündəm yaradıb. Buna ilk etiraz edən deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov olub. Sadıqov bildirib ki, qəzetin maliyyəsinin 20-25 faizi məhz elan və başsağlıqları hesabına əldə olunur, jurnalistlərə bunun hesabına maaş …

Read More »

Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi

Dünən “Facebook” səhifəmdə paylaşdığım bir məqalədə 1993-cü ilin yay-payız aylarında Azərbaycanda yaşanmış faktiki hakimiyyətsizliyin doğurduğu acı fəsadlara toxunmuş və bu fəsadları aradan qaldırmaq üçün ümummilli lider Heydər Əliyevin həmin vaxt hansı ciddi maneələri dəf etməsindən bəhs etmişdim. Qeyd etmişdim ki, hakimiyyəti və ölkəni məsuliyyətsizcəsinə taleyin hökmünə buraxaraq sabotaj yolunu tutmuş ozamankı AXC-Müsavat hökumətinin bəzi rəhbər şəxsləri öz fəaliyyətsizliklərinin acı nəticələrini illər …

Read More »

Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi Əli Həsənov

Əli Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olduğunu iddia etməyə başlayıb. Hələ o illərin canlı şahidləri Azərbaycan əhlisinin demoqrafik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Azərbaycanın işğal edilmiş sonuncu rayonu …

Read More »

MOSKVADA TƏŞKİLAT YARATMAQ İSTƏYƏNLƏR AZƏRBAYCAN DÖVLƏT STRUKTURLARININ, ÖLKƏ BAŞÇISININ ADLARIYLA MANİPULYASİYALARDAN BELƏ ÇƏKİNMİRLƏR — MÜRACİƏT

Mirkazım SEYİDOV: “Soydaşlarımızı, xarici ölkələrdə vaxtilə ən böyük diaspor təşkilatı kimi tanınan Ümumrusiya Azərbaycanlıları Konqresini iyrənc əməlləri ilə çökdürməklə, Ulu Öndərin ruhuna və Rusiyadakı həmvətənlərimizə xəyanət edənlərin yalan vədlərinə uymamağa çağırıram” Bütün dövrlərdə ən iri milli diasporumuz qonşu Rusiyada olsa da, millətimizin milli kimliyini qoruması və inkişafı naminə vacib milli vəzifəyə çevrilən diaspor işiylə məşğul olmağın bu ölkədə ən problemli sahəyə …

Read More »

İrəvanda terrorçuya heykəl qoyuldu, Türkiyə etiraza qalxdı – FOTO

Ermənistanda Tələt Paşanı qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana heykəl qoyulması Türkiyədə etirazlara səbəb olub.Azvision.az xəbər verir ki, Türkiyənin Vətən partiyasının üzvləri görkəmli dövlət xadimi Tələt Paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada etiraz nümayişi keçirib.  Minlərlə insanın iştirak etdiyi aksiyada “Erməni qatilə ucaldılan heykəl yıxılacaq”, “Ermənistan Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” …

Read More »

Əlahiddə Ümumqoşun Ordunun artilleriya hissə və bölmələrində praktiki məşğələlər keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib. Plana əsasən “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlara çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər. Şərti düşmənin fəaliyyəti təkcə …

Read More »

“Türkiyənin hərbi yönümlü QHT-ləri ilə əməkdaşlığımız yüksək səviyyədədir”

Emin Həsənli: “Səfərimiz çox uğurlu keçir” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədədir. Qardaş ölkənin 30 avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələrinin yaranması günü ilə bağlı baş tutan səfər çərçivəsində E.Həsənli mühüm görüşlər keçirir. E.Həsənli “Yeni Müsavat”a açıqlamasında görüşlərini bu cür şərh etdi: “Türkiyənin Zəfər bayramı …

Read More »

“Onun həbs edilməsi Rusiyadakı azərbaycanlıları narahat edir” – SABİR RÜSTƏMXANLI

“Dağıstanda illərlə atasıyla bərabər Azərbaycanın maraqlarına xidmət etmiş bir gəncin belə gülünc ittihamla həbsdə saxlanılması yolverilməzdir”.BakuPost xəbər verir ki, bunu Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Azərbaycanın Dağıstandakı diasporunun sədri Rakif Əzizovun oğlunun həbsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, istintaq, eləcə də məhkəmə prosesi ədalətli aparılmayıb: “8-9 ay əvvəl Dağıstanın Azərbaycan diaspor təşkilatının sədri Rakif Əzizovun oğlu Rauf Əzizov Dağıstandan …

Read More »

AZAL Naxçıvana qarşı niyə ögey münasibət göstərir?

NAXÇIVAN HAVA LİMANINDA GÜNLƏRLƏ SKAMYALARDA YATAN YERLİ VƏ XARİCİ TURİSTLƏRƏ ZÜLM EDƏNLƏRİN MƏQSƏDİ BAŞADÜŞÜLƏN DEYİLDİR. Diaspor info saytının müxbirləri bu günlərdə Naxçıvan MR-da olublar. Naxçıvanda olarkən saytımızın əməkdaşları “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli ilə də, görüşüb, ondan müsahibə alıblar. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü olan Əlmaniz Ələkbərli, saytımızın əməkdaşları ilə söhbəti zamanı Naxçıvan MR-a yaradılan süni problemlərdən də, …

Read More »