Çərşənbə axşamı , 30 Aprel 2024

Gündəm

Azərbaycanda məktəblərdə yeni virus yayıldı

Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. Boyukmillet.com BAKU.WS-ə istinadən xəbər verir ki, xəstəlik dörd aydır davam edir.Xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb.Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəstəlik ilk dəfə rayonun Aşağı …

Read More »

“Hamı Qarabağ, “Qarabağ Azərbaycandır!” – Azərbaycanlılar bu gün Berlində toplanır

Bu gün Avropanın ən böyük güc mərkəzlərindən olan Berlində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumavropa Qarabağ mitinqi keçiriləcək. Avropada yaşayan azərbaycanlılar keçirəcəyi aksiyanın təşəbbüsü dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən irəli sürülüb. Tədbirə Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılıq edəcək. Yerli vaxtla saat 13:00-da Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında keçiriləcək tədbir yerli və xarici telekanallarda …

Read More »

Məzahir Pənahov: “Dairə sədrinin Musa Qasımlının bacanağı olduğunu bilsəydik…”

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 72 saylı Yardımlı-Masallı seçki dairəsindən daxil olan şikayətə baxılıb. Boyukmillet.com-un verdiyi xəbərə görə, bu dairədən namizədlər Nəsrəddin Qəmbərov və Qubadəli Rzayev şikayətlərində səsvermə zamanı pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. MSK üzvü Validə Bayramova bildirib ki, araşdırma nəticəsində şikayətlərin əsassız olduğu müəyyən edilib. Q.Rzayev bildirib ki, həmin dairənin sədri, deputat Musa …

Read More »

İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: “İnqilab edirsiniz…” (VİDEO)

Xəbər verdiyimiz kimi, Zərdab rayonunda bir qrup Çallı kənd sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə gələn rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib. “Siz deyirsiz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanlamısınız. Amma Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb. …

Read More »

DTX icra başçısını rüşvət alarkən belə həbs etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. Boyukmillet.com-un xəbərinə görə, açıqlamada deyilir: “Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir.Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli …

Read More »

İsmayıl Vəliyev eşşək südü biznesi ilə də məşğul imiş – ŞOK biznes siyahısı

Dünən DTX tərəfindən saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin əmlakının və biznesinin bəlli siyahısını təqdim edirik. Boyukmillet.com xəbər verir ki, bu siyahı tam deyil və onun hələlik heç kimə məlum olmayan biznes şəbəkələri mövcuddur.1. Rayon mərkəzindəki “Yurdum” (Avtoturist) restoranı, hotel.2. Rayon mərkəzində yeni tikdirdiyi böyük əraziyə malik bazar3. Özəl uşaq baxçası4. Qoltuq kəndində keçi ferması5. Böyük əraziyə malik …

Read More »

Ukrayna qondarma “erməni soyqırımı” layihəsini rədd etdi

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib. Səfirlikdən verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçi”sinin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.Məlumata görə, fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması …

Read More »

Yüzlərlə Qarabağ döyüşçüsü niyə veteran adı ala bilmir? – Ləğv edilmiş hərbi hissələr, itmiş arxivlər, problemli sənədlər (ARAŞDIRMA)

Birinci Qarabağ müharibəsində minlərlə Azərbaycan vətəndaşının iştirak etməsinə baxmayaraq, 1994-cü ildən bu günədək hələdə çox sayda insan müharibə veteranı statusunu ala bilməyib. Veteran təşkilatlarının rəsmilərinin sözlərinə görə, digər güc strukturlarında sözügedən məsələ 15-20 il əvvəl həll edilsə də Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin, əlahiddə taborların sıralarında döyüşmüş yüzlərlə insan müvafiq icra hakimiyyəti orqanlarının süründürməçiliyi, ən başlıcası isə Müdafiə Nazirliyinin Mərkəzi …

Read More »

Həbs olunan İcra başçısının oğlu FHN-də bu vəzifədə işləyir

Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və həbs olunanların arasında rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də olduğu bildirilir. boyukmillet.com  xəbər verir ki, həbs olunduğu bildirilən İsmayıl Vəliyevin oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müvini vəzifəsində çalışır. Məlumat üçün bildirək ki, İsmayıl Vəliyev də vaxtı ilə Kəmaləddin Heydərovun …

Read More »

“Milli Məclisdə ilk fürsətdə qurban verilə bilən üzv olacağımı bilirəm”- ERKİN QƏDİRLİ

“Ünvanıma yazılan tənqidləri, hətta söyüşləri, anlayışla qarşılayaraq, çoxlarının nəticə çıxarmağa tələsdiyini bildirməliyəm”. Boyukmillet.com xəbər verir ki, bunu ReAL Partiyasının sədr müavin, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən lider namizəd Erkin Qədirli sosial şəbəkədə ona ünvanlanan tənqidlərə münasibət bildirərkən deyib. E.Qədirli deyib ki, hansı riskləri üzərinə götürdüyünü, hansı məsuliyyətin altına girdiyini yaxşı anlayır: “Bu işdə öz xeyrimi güdmürəm, əksinə, daha çox itirirəm. …

Read More »