Çərşənbə axşamı , 30 Aprel 2024

Gündəm

Koronavirus xəstələri BU YOLLA SAĞALIR – Çinli həkimlər dünyaya elan etdi

Çində koronavirus xəstələrini sağaltmaq üçün həkimlər ənənəvi təbabət üsullarına üstünlük verməyə başlayıb. COVID-19 infeksiyası təsdiqlənmiş 60 min xəstəyə Çinin ənənəvi təbabət üsulları tətbiq olunub. Bildirilir ki, “adi” tibbi vasitələri qəbul edənlərlə müqayisədə, təbabət müalicə üsulundan istifadə olunan xəstələrin müalicəsi daha uğurlu olub. Məsələn, Hançjou şəhərində ağır vəziyyətdə xəstəxanaya çatdırılan 88 yaşlı xəstə məhz bu üsulla müalicə edilib. Çinin ənənəvi təbabət …

Read More »

“Neftin qiyməti tikintidən, göyərti satana qədər təsir edəcək” – Müsahibə

Boyukmillet.com Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın yenisabah.az-a müsahibəsini təqdim edir: – Neftin qiymətəninin kəskin şəkildə enişi başlayıb. Sizcə, daha nə qədər düşə bilər?  – Bəli, mümkündür. London birjasında qiymət 31.27 dollaradək ucuzlaşıb. Elektron birjalarda isə 33.95-dir. O baxımdan ki, bu gün Şərqdə birjalar Bakı vaxtı ilə saat 3-dən 7-yə qədər neft 14 dollar qiymətini itirdi. Yəni, bunu məncə, dib …

Read More »

Azərbaycandan Çinə 1 milyon ədəd maska aparmaq istəyənlər saxlanıldı – Foto

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, …

Read More »

Bu gün deputatlar koronavirus yoxlanışından keçiriləcək

“Report”un əldə etdiyi məlumata görə, koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək. Koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır. Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. …

Read More »

Təhsil Nazirliyi tətilin mayadək uzadılması haqqında məlumatlara aydınlıq gətirdi

“Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır”. “Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. “Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin”, – deyə o bildirib.

Read More »

“Azərbaycanlı və erməni deputatlar görüşsün” – TƏKLİF

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr medianın gündəmində qalmaqdadır. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan qarşılıqlı debat fərqli təkliflərin ortaya atılmasına səbəb olub. Belə ki, həmin formada debatların digər rəsmilər, parlamentarilər, diplomatlar, ekspertlər arasında keçirilməsi barədə də təkliflər səsləndirilir. Bu barədə Modern.az-a danışan deputat Asim Mollazadə də belə debatların …

Read More »

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, DAK həmsədri millət vəkili Sabir Rüstəmxanlı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə deyilir: “Əziz qadınlar!? 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı və xoşbəxtlik arzulayıram. Bu gün dünyanın əksər ölkələrində qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu daha da artır. Dünyanın xoşbəxt gələcəyi üçün daim narahat olan qadınlar elm, incəsənət, mədəniyyət, siyasət, ümumiyyətlə həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə addımlayırlar. Sevindirici haldır ki, Azərbaycan qadınları …

Read More »

“Bakı Xəbər” qəzetinə bükülərək özünü reklam etmək istəyən Əsma Nur kimdir…

Tahirə Məmmədqızı:”O kimdirsə, “Bakı-Xəbər”in adından özünü gündəmə gətirmək üçün istifadə edərək özünü reklam etmək istəyib” Cəvahir Səlimqızı:“Bilir ki, “Bakı-Xəbər” populyar qəzetdir və o da bundan öz reklamı üçün istifadə edir” Azər Həsrət:“Bütövlükdə götürdükdə o xanımın “Bakı-Xəbər” qəzetinə  bükülüb şəkil çəkdirməsi, onun bu hərəkəti heç də qəzetə aşağılıq gətirmir” Təxminən iki gün əvvəl oxucularımızdan biri bizə istaqramda esma_nur771 profilində “Bakı-Xəbər” qəzetinə …

Read More »

Azərbaycanda dərslərin bağlanma müddəti uzadıldı – Hökumətdən təhsillə bağlı daha bir qərar

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan Boyukmillet.com-a verilən məlumata görə, Əli Əsədovun sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart …

Read More »

ABŞ-dan şok dollar qərarı: 10 gün ərzində…

Dünyanı öz təsiri altına salan koronavirus səbəbiylə ABŞ 10 gün ərzində Asiya ölkələrindən gələn dolları karantinə almağa başlayıb. ABŞ Mərkəzi Bankı epidemiyanın yayılmasının qarşısını almaq üçün fevralın 21-dən bu qərarı tətbiq edir. Bank Asiyadan gələn dollarları ölkədə təkrar istifadəyə təqdim etməzdən əvvəl 7 və ya 10 gün müddətində karantində saxlayır. Qərarın nə vaxta qədər tətbiq ediləcəyi dəqiqləşdirilməyib. (teleqraf.com)

Read More »