Çərşənbə , 15 May 2024

Gündəm

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə öldü

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1949-cu il təvəllüdlü xəstə ETACXİ-na 06.03.2020-ci il tarixində saat 22.45-də Göyçay RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, iki tərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu ilə I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müalicə təyin edilib. Aparılan …

Read More »

Korona niyə “pandemiya” elan edildi?

Xəbər verdiyimiz kimi, ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya kimi qəbul edib. Bəs görəsən pandemiya nədir və nə zaman elan edilir? Pandemiya yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkəni bürüməsinə deyilir. Pandemiyanı epidemiyadan fərqləndirən əsas səbəb də elə onun bölgələr və qruplar üzərində coğrafi bir yoluxma olmasıdır. Bu termin bir ölkəyə …

Read More »

Alimlərdən ŞOK ARAŞDIRMA: “Siqaret çəkənlərin koronavirusa yoluxma riski azdır”

Siqaret çəkən insanların koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə azdır. “Federal Press”-in xəbərinə görə, koronavirusla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər. Məlumata görə, Uhan xəstəxanalarının birində müayinə edilən koronavirusa yoluxmuş 140 şəxsdən yalnız 2-sinin siqaret çəkdiyi məlum olub. Bu isə bütün qrupdan 1,4% təşkil edir. Yəni, ilkin nəticələrə görə, siqaret çəkən insanların virusa yoluxma təhlükəsi 20 dəfə azdır. Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, …

Read More »

İranda koronavirusla mübarizədə həlak olanlara şəhid statusu verilib

İranda koronavirusa yoluxanlar arasında vəzifəli şəxslərin sayı da artmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, İranın Əl İşləri Sənayesi, Mədəni İrs və Turizm naziri Əli Əsgər Munisan, həmçinin Ticarət və Sənaye naziri Rza Rəhmani də virusa yoluxaraq karantinə alınıblar. Onlardan başqa, İranın Ali Rəhbəri Administrasiyasının yüksək vəzifəli əməkdaşı Məhəmməd Cavad İrəvani də virusa yoluxanlar arasındadır. Qeyd edək ki, İran parlamentinin …

Read More »

Tramp Avropadan ABŞ-a girişi qadağan etdi – Ölümcül virusa görə

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İngiltərədən başqa bütün Avropa ölkələrindən ABŞ-a girişi qadağan edib.Boyukmillet.com-un məlumatına görə, məhdudiyyətlər barədə fərman 13 mart gecə yarısında qüvvəyə minib. İstisnalar lazımi yoxlamalardan keçən amerikalılara şamil ediləcək. “Bu qadağalar yalnız əhəmiyyətli ticarət həcmlərinə və yüklərə deyil, bir sıra digər şeylərə də təsir edəcək … ABŞ-dan Avropaya daxil olan hər şeyi …

Read More »

Azərbaycanın daha iki vətəndaşında koronavirus aşkarlandı

Azərbaycanın iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə azxeber.com-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.Bildirilib ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda …

Read More »

Kubada koronavirusa ilk yoluxma faktı qeydə alındı

Latın Amerikasının daha bir ölkəsində – Kubada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilib ki, martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq səfər edən İtaliyanın 3 vətəndaşının müayinəsi nəticəsində onların virus daşıyıcısı olduğu müəyyənləşib. Qeyd edək ki, Latın Amerikasında yerləşən Argentinada 21 nəfərdə virus aşkarlanıb. Onlardan biri ölüb. Başqa Latın Amerikası …

Read More »

Səfirlik İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərə müraciət etdi

Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, səfirliyin müraciətində qeyd olunub: “İtaliya Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə! İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı …

Read More »

Ərdoğanı koronavirusdan qorumaq üçün GÖRÜN NƏ ETDİLƏR 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yeni tip koronavirusdan qorumaq məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülür. Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisindəki qrup toplantısında iştirakından sonra koronavirusa qarşı xüsusi termik kameralarla izlənib. Qeyd edək ki, Ərdoğan ötən həftənin cümə günündən etibarən əl ilə salamlaşmır. 

Read More »

Gürcüstanın xaricdəki səfirlikləri xüsusi iş rejiminə keçdi

Gürcüstanın xarici ölkələrdə yerləşən səfirlikləri dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq, xüsusi iş rejiminə keçiblər. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib. Aprelin 4-dək qüvvədə olacaq rejim çərçivəsində müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Məhdudiyyətlər uzaqdan əldə edilə bilən konsulluq xidmətlərinə şamil olunmayacaq. Təcili və fövqəladə hallarda Gürcüstan vətəndaşları səfirlik və ya konsulluqla telefon və ya …

Read More »