Şənbə , 20 Aprel 2024

Gündəm

“Koronavirus “quş qripi”ndən daha təhlükəlidir” – Həkimdən bədbin açıqlama

“Virusun hüceyrəvi quruluşu olmur, hava və damcı yolu ilə keçir. İnsan bədəninə düşən kimi ağciyər hüceyrəsinin birini dağıdıb içəri daxil olur. Əgər virus şərti adı Əli olan xəstənin bədənində yumrudursa, Vəliyə keçəndə sap formasını alır. 14 gündən bir forma dəyişir. Buna görə də vaksin tapmaq mümkün deyil”. Boyukmillet.com bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış həkim Vəli Əhmədov deyib. Həkim …

Read More »

Allahverdi, İmamverdi, indi də Cəlal: Ermənilərin övladlarına azərbaycanlı adları vermək ƏNƏNƏSİ…

Allahverdi, İmamverdi. Yəqin xatırladınız, Cəfər Cabbarlının “1905-ci ildə” pyesində səngərdə qarşı-qarşıya gələn qonşular, azərbaycanlı və erməni… Ermənilər həmişə övladlarına Azərbaycanlı adı qoyublar. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz. Sadəcə, dünya çapında oturuşmuş bir məsələ var ki, hər zaman gəlmələr aborigenlərə yaxın olmaq üçün  özlərini onların mədəniyyətinə, məişətinə yaxın göstərməyə çalışıb, övladlarına onlara məxsus adları qoyublar. Bəli, bu, dünyanın hər …

Read More »

Çin liderindən İlham Əliyevə koronavirusla bağlı məktub

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Çin rəhbəri məktubunda koronovirus haqda yazıb: “Yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm. İndiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsi …

Read More »

İrandan Azərbaycana gəlmək üçün tur paket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək üçün otellərə müraciət edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a İranın “Ulduz” Turizm Şirkətinin rəhbəri Həmid Cahadi məlumat verib. O bildirib ki, tur paket alan iranlı turistlərdən 8-9 ailə otellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər: “Onların çoxu 4 ulduzlu otellərdə yer bron edən iranlı turistlərdir. Amma hələ ki biz sərhədlər bağlanmayanadək sifarişlərin ləğvi ilə bağlı tələbləri icra etmirik. Çünki bu turistlərin …

Read More »

Koronavirusla bağlı Təhsil Nazirliyindən qərar

Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov fevralın 24-də koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) tapşırıq verib.Boyukmillet.com xəbər verir ki, tapşırığa görə, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaranıb. Aparat rəhbəri …

Read More »

İcra başçılarını izləyən gizli kameralar

Gizli kameralar Azərbaycanda fəaliyyətdə olan əksər məmurların qorxulu yuxusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin ard-arda Ağstafa və Neftçala İcra Hakimiyyətlərində gerçəkləşdirdiyi əməliyyatlarda gizli kameralardan istifadə edilməklə təsbitedici faktlar toplaması diqqətin bu qurğulara cəmləşməsinə də səbəb olub. Bu gün gizli kameralar icra başçılarının başı üzərindəki “Damokl qılıncı”na çevrilib.Bəs ölkə gündəmini dəyişdirən gizli kameraların texniki funksiyaları nədir? Onların hansı növləri və nə kimi …

Read More »

Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı kəskin azalıb

İranla Azərbaycan arasında Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı 70% azalıb. Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına zərurət olmadıqca qonşu ölkəyə səfərlərin təxirə salınması ilə əlaqədar etdiyi xəbərdarlıq səbəb olub.  Hazırda Astara postu gücləndirilmiş rejimdə işləyir. Koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər və dezinfeksiya işləri ən yüksək səviyyədə həyata keçirilir. Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayevin sözlərinə görə, Mərkəzi Gömrük Hospitalının həkim briqadası 24 …

Read More »

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

“İran Azərbaycanla sərhəd olduğundan çox sayda insan gediş-gəliş edir. Ona görə də tövsiyə edərdim ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin. Əgər gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər”. Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, virusdan qorunmaq üçün əllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli, koronavirus epidemiyası yayılan ərazilərdə olarkən …

Read More »

Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib

“Koronavirus bu gün dünyada ən çox müzakirə olunan mövzudur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini diqqətlə təhlil edir, müvafiq tədbirlər həyata keçirir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O xatırladıb ki, Azərbaycan Nazirlər Kabineti bu məsələ ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub. “Dövlət bu …

Read More »