Şənbə , 4 May 2024

Gündəm

Virus müəmması: Niyə Çin və İran?

Koronavirusun yeni növünün yayılması dünya ölkələrində təşviş və həyacana səbəb olub. Eyni zamanda maraqlı yanaşma tərzləri də müşahidə olunur. Məsələn, virusdan ölənlərin sayı ilə bağlı açıqlanan rəsmi rəqəmlərə görə, İran və İtaliya arasında ciddi fərq olmasa da, İran ətrafında daha geniş ajiotaj yaradılır. Bu da koronavirusla bağlı informasiyaların həm də məqsədli şəkildə istifadə olunduğu haqda iddiaların yaranmasına şərait yaradır. Maraqlı …

Read More »

İsveçrədə növbəti koronavirusa yoluxma halı qeydə alındı

İsveçrədə növbəti koronavirusa yoluxma halı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, hadisə İsveçrənin Cenevrə şəhərində baş verib. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 807 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 393-dən çoxdur. Virus ümumilikdə 50 ölkəni əhatə edib. Bundan başqa, “Diamond Princess” kruiz gəmisində 700-dən artıq sərnişində koronavirus aşkarlanıb.

Read More »

Bizi inandırmağa çalışırlar ki, Azərbaycanda koronavirus yoxdur, ancaq… – Həkimdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən Azərbaycandan keçməklə İrandan Gürcüstana gedən bir şəxsdə koronavirus aşkarlanıb. Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib. Bu gün isə Gürcüstan Azərbaycanla sərhədləri qismən bağlayıb. Bu hadisə özü ilə bir çox problemləri gətirdi. Bizim ölkədən keçən şəxsin koronavirus daşıyıcısı olduğu Azərbaycan sərhəddindəki yoxlamada nə üçün bilinməyib?  Həmin şəxsin bir çox Azərbaycan vətəndaşı ilə ünsiyyətdə …

Read More »

Gürcüstanın baş naziri koronavirusla bağlı əhaliyə müraciət etdi

“Gürcüstanda koronavirusla bağlı təşvişə heç bir əsas yoxdur”. Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib. O deyib ki, ötən gün yaradılan koordinasiya qrupu vəziyyəti tam nəzarətdə saxlayır. Baş nazir qeyd edib ki, hökumətin qərarı ilə ötən gün İrana quru yolla gediş-gəliş məhdudlaşdırılıb.

Read More »

Koronavirusun Azərbaycanda yayılma təhlükəsi varmı?

Azərbaycanda ən son rəsmi məlumata görə, 50-dən çox adam koronavirus ehtimalı ilə həkim nəzarətinə alınıb, azı 4 nəfər isə xüsusi ayrılmış tibb müəssəsinə yerləşdirilib. Onların əksəriyyəti İrandan Azərbaycanaya yenicə gələnlərdir.Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, hazırda respublika ərazisində koronavirusa yoluxan bir nəfər də olsun yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, hazırda Azərbaycanda COVİD-19 adı verilən koronavirusa yoluxma …

Read More »

Böyük Britaniya koronavirusla mübarizə üçün başqa üsula əl atıb

İngiltərə koronavirusun hansı miqyasda yayıldığını anlamaq üçün minlərlə insandan analiz götürülməsinə qərar verib. Bu barədə “HaberGlobal” məlumat yayıb. Xalq Səhiyyə Qurumunun məlumatına görə, həftədə 600 nəfərdən analiz götürüləcək. Layihə 100 klinika və 11 xəstəxananı əhatə edəcək. Bundan başqa, epidemiyanın yayılmasının qarşısının alınması üçün lazım gələrsə, məktəblər bağlanacaq. Həmçinin ictimai nəqliyyatda məhdudlaşdırmalar ola bilər. İngiltərə Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək, məcbur …

Read More »

Türkiyədə yaşayan həmyerlimiz Xocalı soyqırımının qurbanlarını belə andı – VİDEO

Türkiyədə yaşayan həmyerlimiz Rauf Adıgözəlli Xocalı soyqırımının qurbanlarını özünəməxsus formada anıb. Boyukmillet.com xəbər verir ki, o, sərt qış ayında baş verən soyqırımın 28-ci ildönümündə Türkiyədə – Marmaris dənizinin sahilində faciənin qurbanlarına Allahdan rəhmət diləyərək, soyuq havada dənizdə üzüb… Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin …

Read More »

Daha bir Avropa ölkəsində koronavirus aşkarlandı

Yunanıstanda ilk koronavirus infeksiyası hadisəsi qeydə alınıb. Boyukmillet.com bildirir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2769 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 min 220-dən çoxdur. 

Read More »

Ev dustağı edilən icra başçısının xanım müavini barəsində SENSASİON İDDİALAR

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev məlumat verib. İH rəsmisi bildirib ki, Gültəkin Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib: “Onun barəsində …

Read More »