Çərşənbə , 15 May 2024

Gündəm

Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəhbəri general-leytenant Elçin Quliyevi təltif edib.  boyukmillet.com xəbər verir ki, Prezident bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, E.Quliyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Read More »

Tümendə qədim hunların məzarlığı tapıldı

Tümen dövlət universitetinin bir qrup arxeoloqu arxeoloji qazıntılar zamanı hun türklərinə məxsus qədim qəbiristanlıq aşkar ediblər. “RİA Novosti” xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. “Tarix elmləri doktoru, professor Natalya Petrovna Matveyevanın rəhbərliyi altında arxeoloqlardan ibarət qrup Ustyuq rayonu, Staro Lıbayevo kəndindəki qazıntılar zamanı hun türklərinin qədim qəbirstanlığını kəşf edib. Qazıntılar zamanı uzunsov kəllə sümüyü olan skelet qalıqları …

Read More »

Xəzərdən Azərbaycana qaz kəməri: İran da qarşıdır, Rusiya da…

Türkmənistanın Xəzər sahilindəki Avaza şəhərində ötən gün işini yekunlaşdıran beynəlxalq iqtisadi forum zamanı “Transxəzər” qaz kəməri ideyası da gündəmə gəlib. Forumda həm Rusiya, həm İran nümayəndələr bu layihəyə qarşı olduqlarını nümayiş etdiriblər. “İran Xəzər dənizində şərqdən qərbə qaz kəmərlərinin tikintisinə qarşı çıxır, çünki bu regionun ekologiyasına ciddi zərər vura bilər”,-İranın “National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari Xəzər forumunda çıxışı …

Read More »

PKK-çı qadın dəhşətli faktlar açıqladı

Türkiyənin Van şəhərində hərbçilərə təslim olan PKK-çı qadın sözügedən terror təşkilatı ilə bağlı bəzi faktları danışıb. boyukmillet.com xəbər verir ki, adı açıqlanmayan terrorçu qadın PKK-nın edam siyasətinə başladığını bildirib. “Təşkilat liderləri öz bacarıqsızlıqlarında sadə üzvləri ittiham edirlər və müxtəlif işgəncələrə məruz qoyurlar. PKK-çılar təşkilat liderlərinin bu amansız hərəkətlərindən xilas olmaq üçün qaçmaq yolunu seçirlər. Liderlər yaşı 18-dən az olan uşaqları …

Read More »

TÜRKİYƏDƏN NAXÇIVANA BİRBAŞA HAVA DƏHLİZİ

Avqustun 10-da Türkiyənin Hürriyyet qəzetinin elektron versiyasında Türkiyə Dövlət Hava Limanları Operatoru (Devlet Hava Meydanları İşletmesi (DHMİ) baş direktoruHüseyn Keskin`in Twitter hesabından etdiyi paylaşımına istinadən xəbər yaydı ki, avqustun 15-dən etibarən Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılacaqdır. Azərbaycanın əsas ərazisinin Türkiyə ilə sərhəddi olmadığında bu dəhlizin Türkiyə ilə Naxçıvan muxtariyyəti arasında qurulacağı məlumdur. Hüseyn Keskin əlavə etmişdir ki, uzun müddət türk tərəfinin Benəlxalq …

Read More »

Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən boyukmillet.com-a bildirilib ki, avqustun 9-da – müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunub, eyni zamanda, sağlamlıq imkanları …

Read More »

Trolların “karusel” əməliyyatı…

“Osmanqızı TV”, “Azərbaycan saatı”, “Azad söz”, “Azadlıq” qəzeti və “Made in Azerbaijan” kanallarında saxta dəstək görüntüsü yaradan şəbəkə ifşa edildi Antimilli fəaliyyətlərinə görə anti-Azərbaycan yönümlü fondlardan külli miqdarda qrant və ya ianə alan Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digərlərinin “youtube” və “facebook” üzərindən həyata keçirdikləri saxtakarlıqların ifşası prosesi davam etməkdədir. Bundan əvvəlki yazılarımızda “Osmanqızı …

Read More »

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə  boyukmillet.com-a Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, …

Read More »

Əziz Əzizovun zülmətə qərq etdiyi “Yeni Yasamal” sakinləri imdad diləyir-FOTO

Bakının nəinki ətraf qəsəbələrinin, hətta mərkəzi küçələrinin belə, gecə işıqlandırılması ilə bağlı ciddi problemlər yaşanır. Təsadüfi deyil ki, məhz bu nöqsanın aradan qaldırılmasının zəruriliyinə  son müşavirədə cənab Prezident də toxunub. “Bakı-Xəbər”lə əlaqə saxlayan Yeni Yasamal massivində yaşayan bir qrup sakin gecələr zülmət qaranlığa qərq olduqlarını yazır. Onlar bildirirlər ki, “Günəş petrol” deyilən yola, Bakı dairəvi yolunu birləşdirən Əsəd Əhmədov küçəsində …

Read More »