Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

TARYEL MƏMMƏDOV: “MƏN GÜLOĞLAN CABBAROVDAN BAŞQA NAMİZƏD TANIMIRAM”

Boyukmillet.com xəbər verir ki, 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində müstəqil olaraq iştirak edən Güloğlan Cabbarov bu gün bir Xətai prospektində bir qrup seçiciləri ilə səyyari görüş keçirib.Görüşdə Güloğlan Cabbarov ötən ilin sonlarında parlamentin özünü buraxmasından ,ölkə prezidenti Cənab İlham Əliyevin Azərbaycan gəncliyini keçiriləcək seçkilərdə iştirak etməyə səsləməsindən sonra, millətin vəkili olmaq üçün seçkilərdə iştirak üçün qərar qəbul etdiyini vurğulayıb.O bildirb ki, istər imza toplama prosesi olsun,istərsə də təbliğat-təşviqat dövrü,19 saylı Nərimanov Brinci Seçki Dairəsi ərazisində insanlar tərəfindən hörmət və etiramla qarşılaşıb. “Bu günə kimi onlarla görüş keçirdik,fərdi qaydada insanların evlərində qonaq oldum.Hər bir seçicimiz mənim bu addımımı dəstəklədi və keçiriləcək seçkilərdə mənə səs vercəklərini bildirdilər.Sizlərin bu gün qarşısında, içərinizdən çıxan biri olaraq da sizlərin keçiriləcək seçkilərdə mənə səs verməyinizi istəyirəm.Mən sizə işıq-su-qaz,yol çəkəcəm sözü verə bilmərəm.Çün ki,bu gün sadaladığım bu məsələləri dövlətimiz həyata keçirir.Mənim həyata keçirilməsi vacib olan problemlərin həlli istiqamətində sizlərin vəkiliniz olaraq müvafiq dövlət orqanları qarşısında məsələləri qaldıracağıma əmin ola bilərsiniz.Bununla yanaşı dairə ərazisində daima qərargahımız fəaliyyət göstərəcək və bu qərargah hər zaman sizin xidmətinizdə olacaq.Bu gün ölkəmizin prezidenti ciddi islahatlar həyata keçirir.Əlbət də həyata keçirilən islahatlar cəmiyyətimizin inkişafında,insanların rifah halının yaxşılaşdırılmasına xidmət edir.Rüşvətxorluq-karrupsiyaya bulaşmış məmurlar tutduqları vəzifələrdən uzaqlaşdırılırlar,onları presepektivli,gələcəyə mühüm ümid verən gənclər əvəzləyirlər.Əlbət də bu islahatlar parlamenti də əhatə etməli idi.10-15-20 ildi millət vəkili olanların əksəriyyəti artıq millətin vəkilindən daha çox,özlərinin bizneslərinin qorunması istiqamətində çalışırdılar.Bu vəziyyət cəmiyyətdə parlamentin nüfuzuna ciddi şəkildə mənfi təsir göstərməkdə idi.Görürsünüz,bu gün bölgələrdə,paytaxtımızda namizədlərin bir çoxunu insanlar baykot edirlər,onlara eşitmədikləri sözləri sərf edirlər. Bu deyilən sözlər,iradların səbəbi də bəllidi.Onların seçildikləri dairədə yaşayan insanlara qarşı bu günə qədər ortaya qoyduqları münasibət.Mən sizləri əmin edirəm ki,əgər sizin rzanızla seçilərəmsə,hər il sizlərin qarşısında hesabat verəcəm,il ərzində bir neçə dəfə böyük bir zalda qarşınıza çıxacam və vəkiliniz olmağım üçün etibar etdiyiniz səsinizə necə sahib çıxmışam,hansı işləri görmüşəm bunun hesabatını verəcəm.Buna əmin ola bilərsiniz”-deyən Güloğlan Cabbarov daha sonra yataq xəstəsi olan seçicilərdən Taryel Məmmədovu evində ziyarət edib. Görüşdə Taryel Məmmədov bildirib ki, o uzun illər təhsil sahəsində çalışıb və müəllim kimi on minlərlə gənclərin savadlı olması üçün tər töküb. “Bir neçə ildi yataq xəstəsiyəm.Bu günə kimi bir kərə də olsun bu qapıdan hansısa millət vəkilinin girdiyinin şahidi olmadım.Eyni zamanda  artıq seçkilərdə təbliğat-təşviqat başa çatır.Bu günə kimi sizdən başqa bu qapını döyüb içəri girmədi. Siz məni ziyarət etməklə mənə böyük bir ruh yüksəkliyi bəxş etmiş oldunuz.Sizdən istəyim mənim seçkilərdə bir vətəndaş olaraq öz hüququmdan istifadə edərək səs verməyim üçün köməklik edəsiniz..Köməklik edin o daşınan seçki qutusun evimə gətirsinlər.Mən səs vermək istəyirəm.İstəyirəm ki, sizin kimi dəyərli vətən oğlu seçilsin”.Taryel müəllimin belə ürək dolu sözlərindən sonra Güloğlan Cabbarov bildirib ki, o seçkilrdə qalib olsa da olmasa da hər zaman onun yanında olacaq.

Check Also

İrandan Ermənistana silah daşınır: 6 gündə 5 reys… 

İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə …