Cümə , 19 Aprel 2024
Drone Cameras

“Lotu Quli”yə sui-qəsd hazırlayan dəstə üzvləri ilə bağlı QƏRAR

Yanvarın 31-də İstanbul polisi tərəfindən yaxalanan “Lotu Quli” ləqəbli azərbaycanlılardan ibarət cinayətkar dəstənin lideri Nadir Səlifova sui-qəsd hazırlayan dəstənin üzvlərinə hökm oxunub.

Boyukmillet.com xəbər verir ki, qərara əsasən, 17 nəfərdən yeddisi həbs olunub.

Həbs qərarı çıxarılanlar Fuad H., Fuad H., Vladimir G., Elnur M., Emin G., Vahid M. və dəstəyə rəhbərlik edən Andrey Malıydır.

Digər 10 nəfər isə nəzarətdə saxlanılma şərti ilə azad edilib.

Qeyd edək ki, saxlanılma zamanı şübhəlilərdən bir ədəd Kalaşnikov, 11 tapança və 222 sursat aşkar edilmişdi. 

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …