Çərşənbə , 1 May 2024

Gündəm

Fizuli Məmmədov Azərbaycan jurnalistlərini təbrik etdi

Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib. boyukmillet.com həmin təbrikin mətnini təqdim edir: Azad söz, azad media hər bir milləti irəli aparan əsas faktorlardandır. Bu gerçəyi dərk edən böyük Həsən Bəy Zərdabi 144 il öncə Azərbaycan mətbuatının əsasını qoymaqla millətimizin gələcəyi üçün bir işıq yandırdı.XIX yüzilin qatı cəhaləti içərisində, çar Rusiyasının basqıları altında qəzet …

Read More »

“Sevgili” Yunus…

Kim nə düşünür deyə bilmərəm. Amma Azərbaycana müstəqilliyin möhtəşəm yüz ilini yaşadan üç nəhəng Azərbaycanlı kişi, siyasət adamı, lideri var, mənim baxış bucağıma görə. Məhəmməd Əmin Rəsulzadı, Əbülfəz Elçibəy, Heydər Əliyev.  Ardıcıllıq təxminən bu: Birinci yaratdı, bünövrə qoydu, amma uzun müddət saxlaya bilmədi. İkincisi, illər öncə daddığımız azadlığı yadımıza saldı, bərpa elədi. Üçüncü, dadını bəyənib əldə elədiyimizin möhkəm olması yolunda …

Read More »

KİV: Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib. “Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib. O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər. Bildirilir ki, Qurbanqulı Berdımuhammedov …

Read More »

Polşanın gizli qəhrəmanı, azərbaycanlı polkovnik: Kod adı “Damazy” – Araşdırma

Gənc zabit Varşavanın Belvedere saray kitabxanasında kitablarla məşğulkən saatı unudur, qəfildən vacib bir görüşü olduğunu xatırlayaraq yerindən qalxır və kitabxanadan tələsik çıxır. O qədər tələsir ki, hətta plaşını düymələməyə fürsət tapmır. Pilləkanları enəndən sonra isə bəlkə də orduda heç kimin başına gəlməyəcək bir təsadüflə qarşılaşır. Polşanın birinci adamı, ölkə və dünya tarixinin önəmli hərbçilərindən biri olan marşal Yozef Pilsudski onun …

Read More »

Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”

1919-cu ilin oktyabrı: İrəvanda Daşnaksütyun partiyasının IX qurultayı keçirilir. Daşnak Şaan Natalinin təşəbbüsü 41 nəfərlik “ölüm siyahısı” tərtib edilir və qondarma soyqırımına görə erməni terrorçular ova çıxırlar. Bu əməliyyata qədim yunan ilahəsi “Nemezidan”ın adından ilhamnaraq, “Nemezis” adını verirlər. Əməliyyatın həyata keçirilməsi üçün Ermənistanın ABŞ-dakı elçisi Armen Qaronun rəhbərlik etdiyi xüsusi orqan yaradılır. Şaan Natali və Qriqor Merdjanov əməliyyatın maddi dəstəyini …

Read More »

Daha bir erməni əsgər öldü – Döyüş postunda

Döyüş postunda daha bir erməni əsgər ölüb. “Sputnik Ermənistan”ın məlumatına əsasən, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib. Onun sözlərinə görə, 2000-ci il təvəllüdlü müddətli hərbi qulluqçu Amik Vardanyanın meyiti hərbi hissələrdən birinə məxsus döyüş postunda tapılıb. Hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.

Read More »

Ermənilərin məşhur “Yerevan” mahnı-himni “Arşın mal alan”ın plagiatı çıxdı – VİDEO

Məlum olduğu kimi ermənilər tarix boyu nəinki torpaqlarımıza göz dikib, işğal edib, həm də mədəni irsimizi, mədəniyyətimizi, musiqimizi oğurlamağa, öz adına çıxarmağa çalışıb və bəzən də nail olub. Araşdıranda məlum olur ki, ən məşhur erməni bəstəkarların əsərləri, mahnıları məhz Azərbaycan bəstəkarları əsərlərinin, melodiyasının, xalq və eləcə də aşıq musiqisinin plagiatıdır. Bu cür nümunələrdən biri də ermənilərin fəxrlə ifa etdikləri, A. …

Read More »

NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırıb

İranı Hörmüz boğazında son günlərdə tutulan iki tankeri azad etməyə çağırıb. Şimali Atlantik Alyansı (NATO) İranın Hörmüz boğazında iki tankerin İran tərəfindən ələ keçirildiyini qınayıb. APA “TASS”a istinadən xəbər verir ki, NATO gəmilərin ələ keçirilməsini beynəlxalq dəniz standartlarının pozulması kimi dəyərləndirib. NATO-nun rəsmi nümayəndəsi Oana Lunkesku Rəsmi Tehranı tankerləri heyətilə birlikdə azad etməyə çağırıb. Bu barədə alyansın rəsmi saytında yerləşdirilmiş …

Read More »

Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır

Məlumdur ki, Fonvizinin “Nadan” klassik komediyasının baş qəhrəmanı Mitrofanuşkanın anası xanım Prostakova hesab edirdi ki, coğrafiya – elm olaraq “bəylik” deyil, o zaman bu arabaçılar nəyə lazım? Hara əmr etsəniz, aparıb çatdıracaqlar! Bu, əlbəttə ki, qroteskdir (Qrotesk: varlıqların absurd (qeyri adi) xüsusiyyətlərlə yenidən təsviri ilə dünyaya aid olmayan bir fakt halına gətirilmə sənəti – red.). Ancaq müasir Ermənistanda bu anlayış əməllicə …

Read More »

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib. AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirdi. Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq …

Read More »