Şənbə , 6 Dekabr 2025

Gündəm

Xəzərdə qalıqları tapılan neftçinin kimliyi məlum oldu

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur. Boyukmillet.com xəbər verir ki, bu barədə neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib. Qeyd edək ki, bir neçə gün əvvəl SOCAR dənizdə insan qalıqlarının tapıldığını, onun Neft Şirkətinin bu …

Read More »

Sevinc Osmanqızı Ermənistan vətəndaşlığını qəbul edir: “Kaş Paşinyan prezidentimiz olaydı” – VİDEO

ABŞ-ın Vaşinqton şəhərində məskunlaşmış jurnalist Sevinc Osmanqızı növbəti dəfə milyonlarla azərbaycanlını şoka salmağı bacarıb.Boyukmillet.com xəbər verir ki, bloqer canlı yayımlarından birində “kaş Prezidentimiz Paşinyan olardı” deyə təəssüf hissini paylaşıb.Özünü “peşəkar jurnalist” hesab edən bir şəxsin bu cür açıqlaması hətta onun yaxın ətraflarını da silkələnməyə məcbur edib.  Sevinc Osmanqızını özü üçün “ideal prezident” obrazı seçdiyi Nikol Paşinyanla yanaşı qoysan, fərq o qədər də …

Read More »

DSX rəhbərliyi jurnalistlərə qarşı nalayiq hərəkətlər edən Rövşən Cahangirova məzəmmət elan edib

Dövlət Sərhəd Xidmətinin (DSX) “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkətlərə yol verən hərbi qulluqçusu, mayor Rövşən Cahangirova məzəmmət elan edilib. Boyukmillet.com xəbər verir ki bu barədə “Report”un sorğusuna cavab olaraq DSX-nin Mətbuat Mərkəzindən bildirilib. Qeyd edilib ki, DSX rəhbərliyi tərəfindən nəzakətsiz davranışına görə R.Cahangirov məzəmmət olunub. Xatırladaq ki, DSX-nin mayoru R.Cahangirov xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı şəhid olan …

Read More »

Ermənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıb

Bu il noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb. Boyukmillet.com “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib. “Həmin döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb. Həlak olmuş …

Read More »

Səlim Müslümovun həbs müddəti daha 3 ay uzadılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı bağlı istintaq orqanının təqdimatına baxılıb və həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin …

Read More »

Rafael Cəbrayılovun həyat yoldaşı: “Qaynım 7 milyon vergi ödənişindən yayınıb”

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova ifadə verib. O bildirib ki, R.Cəbrayılova qarşı irəli sürülmüş ittihamlarla razı deyil: “Rafael Cəbrayılov dövlətinə, xalqına sadiq bir şəxs …

Read More »

Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə …

Read More »

“İrəvan xanlığı bölgə mətbəxi” kitabı beynəlxalq müsabiqənin qalibi olub

Parisdə keçirilən “Gourmand Awards” beynəlxalq kulinariya kitabları müsabiqəsində “İrəvan xanlığı bölgə mətbəxi” kitabı birinci yeri tutub. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktor müavini Ceyran Əsgərova bildirib ki, kitab beynəlxalq müsabiqənin “Əyalət mətbəxi” nominasiyasında “Dünyanın ən yaxşı kulinariya kitabı” mükafatına layiq görülüb. Bu, AMKM-in “Gourmand Awards” beynəlxalq müsabiqəsində qazandığı üçüncü …

Read More »

Ermənistanın xarici işlər naziri İsveçə gedib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İsveçə səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Vaan Unanyan deyib. O, dekabrın 1-dən 2-dək ATƏT xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək. A.Mirzoyanın ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Read More »

Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq

Haaqa Məhkəməsi Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq. Bu barədə Beynəlxalq Ədalət Məhkəməsindən məlumat verilib. Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sədri, hakim Coan Donohyu məhkəmə qərarını açıq iclas zamanı açıqlayacaq. COVID-19 pandemiyası ilə əlaqədar məhkəmə zalında yalnız məhkəmə üzvləri və tərəflərin nümayəndələri iştirak edəcək. Xatırladaq ki, bu il …

Read More »