Cümə , 3 May 2024
Drone Cameras

Xəzərdə qalıqları tapılan neftçinin kimliyi məlum oldu

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur.

Boyukmillet.com xəbər verir ki, bu barədə neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl SOCAR dənizdə insan qalıqlarının tapıldığını, onun Neft Şirkətinin bu ilin dekabrın 1-də itkin düşmüş əməkdaşına məxsus olmadığını açıqlamışdı.

Xatırladaq ki, 4 dekabr 2015-ci ildə “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, “Günəşli” yatağında baş verən faciə də eyni vaxta təsadüf edir.   

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …